Yuxarı

Azərbaycan bu sahədə sıçrayışlı irəliləyişə nail oldu - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistikanın və mətbuat işçilərinin ən müxtəlif problemləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin daimi diqqətindədir və davam edən qış sessiyasında da gündəlikdə bu komitənin təqdim etdiyi 3 mühüm məruzə yer alıb. Komitənin sessiyası çərçivəsində keçirilən növbəti toplantısında müzakirəyə çıxarılan “İnternet və insan hüquqları” məruzəsi də getdikcə həyatımızda daha artıq yer tutan vacib mövzuya həsr edilmişdi.

Axar.az xəbər verir ki, komitə müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov uzun illərdən bəri mətbuatla bilavasitə bağlı olduğunu, həm Azərbaycan kütləvi informasiya vasitələrində, həm də beynəlxalq radiolarda çalışdığını söyləyərək müqayisələr aparmaq imkanının olduğunu bildirib.

“Azərbaycanın 2000-ci illərin əvvəlləri ilə indiki mətbuat həyatını, internet şəbəkəsinin, sosial medianın həmin dövrdəki və indiki mənzərəsini tutuşduranda, sözün birbaşa mənasında, çox da böyük olmayan zaman kəsiyində sıçrayışlı irəliləyişlərə nail olunduğunu görürük”, – deyə R. Hüseynov qeyd edib. Bu inkişafla bağlı faktları sadalayaraq, bu inkişafın yalnız artan rəqəmlərdə deyil, keyfiyyətdə də ifadə olunduğunu, Azərbaycan əhalisinin əksəriyyətinin sosial şəbəkənin fəal istifadəçiləri olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanda kifayət qədər münbit media mühiti var. Azad internet mühitinin olması bunun ən bariz göstəricilərindəndir. İnternet istənilən anda istənilən yazını, istənilən fikri sosial şəbəkəyə çıxarmağa, paylaşmağa imkan verir. Sosial şəbəkə isə ən iti sürətli radio, televiziya, qəzet, informasiya agentliyi deməkdir.

Azərbaycanda bu gün 40-a yaxın gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet var, 100-ə yaxın jurnal nəşr olunur. Eləcə də bölgələrdə 120-yə yaxın qəzet çıxır, 20 informasiya agentliyi, 23 mətbuat yayımı müəssisəsi mövcuddur”, - deyə deputat bildirib.

Qeyd olunub ki, Azərbaycanda ölkə üzrə 11 telekanal fəaliyyət göstərir, 4 peyk televiziyası, 13 region, 17 kabel televiziyası, 2 internet televiziyası, 1 radio işləyir. Azərbaycanda bu gün 3 milyondan çox insan sosial şəbəkədən istifadə edir ki, bunların 1 milyon 800 mini Facebook-un payına düşür. Azərbaycanda 40 internet provayderi var, internet trafikinin giriş-çıxışının həcmi 200 GB-dır. Azərbaycandan kütləvi informasiya mühitinin qısa statistik mənzərəsi belədir və əhalisi 10 milyon olan bir ölkə üçün bu rəqəmlər qənaətbəxş hesab edilib.

Tarix
2019.01.23 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla