Yuxarı

Dünyada bu mühitə ehtiyac var - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnternet idarəçiliyi və insan hüquqları” məruzəsində internetin bir sıra insan hüquqlarının reallaşmasında, bərabərsizliyə qarşı mübarizədə, inkişafın sürətləndirilməsində və bəşəriyyətin təkamülünün sürətləndirilməsində əvəzsiz rolu xatırlanıb.

Axar.az xəbər verir ki, bu fikri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev qurumun Liberal Demokratlar qrupu adından “İnternet idarəçiliyi və insan hüquqları” məruzəsinin müzakirələri zamanı söyləyib.

O bildirib ki, internetin bəşəriyyətin iqtisadiyyat, sosial, ticarət, maliyyə, innovasiya, azadlıqların icrası kimi bütün sahələrində böyük potensialı var. Qeyd edib ki, bu günə qədər görülən işlərə baxmayaraq, milli səviyyədə rəqəmsal bölgü, dövlət senzurası və təkmilləşdirilmiş kibertəhlükəsizlik imkanları sahələrində hələ görüləcək çox işlər var. Bu gün yaşadığımız rəqabətliliyin artdığı və dinamik dünyada, insan hüquqlarının bir hissəsi olan təhlükəsizliyin qorunub saxlanması üçün internet əsas amildir.

Azərbaycanlı deputat dünyanın inkişafını elektron rabitə vasitələrsiz təsəvvür etmək mümkün olmadığını, insanların qarşılıqlı əlaqəyə ehtiyacları olduğunu vurğulayıb. Bildirib ki, beynəlxalq konsensus və standartların yaranması prioritet olmalıdır. Dünyada internet idarəçiliyi mühitinin yaradılmasına ehtiyac var.

Tarix
2019.01.23 / 21:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla