Yuxarı

Qarabağ klanı Davos görüşündən niyə narahatdır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ klanı Azərbaycan və Ermənistan rəhbərlərinin son görüşünü öz məqsədləri üçün istifadə etməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Davosda baş tutan görüşü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Qarabağ klanı ermənilər arasında şübhə toxumu səpməyə çalışır ki, guya Paşinyan “təslimçi sülhə” hazırlaşır. Halbuki Paşinyan Qarabağ münaqişəsinin həllində bircə addım da atmağa hazır deyil və Davosda da heç bir razılaşma qeydə alınmayıb. Buna baxmayaraq, Qarabağ klanı Paşinyanın mövqelərini zəiflətmək üçün bütün fürsətlərdən istifadə edir və edəcək. Qarabağ klanı onların hakimiyyətdəki dövründən fərqli olaraq, Nikol Paşinyanın hakimiyyəti dövründə cəbhə bölgəsində atəşkəsə riayət olunmasından və gərginliyin olmamasından da şübhələnir. Yəni demək istəyirlər ki, Azərbaycan hakimiyyətinin Paşinyana münasibəti eks-prezidentlər Serj Sərkisyana və Robert Köçəryana münasibətdən fərqlənir”, - siyasi şərhçi bildirib.

Qeyd edək ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Görüş 1,5 saat davam edib. Görüşdən sonra Qarabağ klanının üzvləri Ermənistan Baş naziri Nikol Paşinyana qarşı kampaniyaya başlayıblar.

Tarix
2019.01.24 / 01:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla