Yuxarı

Maduro niyə devrilir? – “İnqilab” Amerikaya çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maduronun qeyri-qanuni hökuməti gec-tez çökəcək.

Bunu Axar.az-a Venesuelada Prezident Nikolas Maduroya qarşı başlayan etiraz aksiyaları ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Venesuelanın keçmiş prezidenti Uqo Çavesin davamçısı olan indiki hökumətin populist olduğunu deyib:

“Uqo Çaves bu və ya digər şəkildə cüzi də olsa, iqtisadi reformlarla ölkə xəzinəsinə müəyyən pullar gətirmiş, bütün əsas və neft müəssisələrini özəlləşdirməyə nail olmuşdu. Bununla yanaşı, Rusiya, Çindən yardımlar hesabına ölkədə sosial öhdəliklər yerinə yetirilirdi. Ancaq sonradan bu dəst-xətt zəiflədi. İndi heç Rusiyanın özünün vəziyyəti yaxşı deyil. Venesuelada həmin vaxtlar islahatlar neft qiymətləri çox yüksək olduğuna görə səmərə verirdi. 2014-cü ildən - neft qiymətləri kəskin aşağı endikdən sonra Venesuelanın problemləri daha da kəskinləşdi. İndiki hakimiyyət köhnə üsullarla fəaliyyət göstərdiyindən bu problemlərin həllində acizdir. Digər tərəfdən ABŞ sanksiyaları nəticəsində Venesuela dünya iqtisadiyyatından təcrid olunub. Bu gün Venesuelada işsiz insanların sayının artması nəticəsində Kolumbiya Venesuela sərhədində yüzminlərlə insan toplaşıb. Bu axın sözügedən ölkələrin sosial problemlərini də gərginləşdirir. Buna görə də Kolumbiya, Braziliya və digər Cənubi Amerika ölkələri Venesuelada hakimiyyətə yaxın olan dairələrin, xüsusilə də hərbiçilərin Maduro ilə bağlı narazılıqlarını dəstəkləyir. Bu ölkələr Madurodan islahatları tezləşdirməyi tələb edirlər. Cəmiyyətin etirazı və xarici təzyiqlərlə üzləşən Maduro hökuməti yalnız gücə arxalanır. Hətta iş o yerə çatıb ki, ölkədə sosializm şüarları belə işləmir. İnsanlar hökumətə inamlarını tamamilə itiriblər. Bu isə ən son nəticədə ölkədə hərbiçilərin fəallaşmasına gətirib çıxarıb”.

Politoloq Latın Amerikasında hərbiçilərin ənənəvi olaraq daxili siyasətdə böyük rol oynadığını deyib:

“Təbii ki, hərbiçilərin arxasında bəlli qüvvələr durur. Parlamentin Maduroya qarşı çıxması bu mənada hərbiçilərin əl-qolunu açır. Parlamentin Maduroya qarşı impiçment məsələsini qaldıracağını düşünürəm. Maduronun son seçkilərdə səs çoxluğu ilə qalib gəlməsinə baxmayaraq, hətta nüfuzlu müxalifət qrupları da ona qarşı ayağa qalxıblar. Onlar seçkilərin saxtalaşdırıldığı tələbi ilə çıxış edərək indiki hakimiyyətin legitim olmadığını və buna görə də qanuni orqana təhvil verilməsini tələb edirlər. Ancaq Maduronu qanuni yolla devirmək mümkün olmadığı üçün ölkədə etirazlar baş qaldırıb”.

Ekspert hesab edir ki, hərbiçilərin arxasında duran güclər və bəlli dairələr Maduronu məhz çevriliş yolu ilə devirəcəklər:

“İndiki hakimiyyətə real dəstəyin olmaması da Maduro hökumətinin gec-tez çökəcəyindən xəbər verir. Belə olan halda ya hərbiçilərin təmsilçiliyi ilə keçid hökuməti formalaşacaq, ya hərbi rejim yaranacaq. İkinci variant bir qədər müşkül görünür. Çünki hərbiçilər hakimiyyəti çox idarə edə bilmirlər. Bu mənada hərbiçilərin Maduronu devirdikdən sonra hakimiyyəti sivil orqanlara təhvil verəcəyini düşünürəm”.

Qeyd edək ki, bir neçə gün öncə Maduronun andiçməsindən sonra onu dövlət rəhbəri kimi qəbul etmədiyini açıqlayan ABŞ Prezidenti Tramp parlament sədri Quaidonun prezident səlahiyyətlərini üzərinə götürəcəyi halda onu dəstəkləyəcəklərini və tanıyacaqlarını açıqlamışdı. Bu bəyanatdan sonra Quaido prezident səlahiyyətlərini üzərinə götürdüyünü açıqladı və xalqı küçə nümayişlərinə səslədi.

Küçə toqquşmalarında indiyə qədər 16 nəfərin öldüyü, 200 aksiyaçının həbs edildiyi bildirilir. Hazırda Karakasda qarşıdurmalar davam edir.

Tarix
2019.01.24 / 14:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla