Yuxarı

Maduro diktatordursa, müxalifət necə qalib gəldi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada parlament spikeri tərəfdarları qarşısında özünü prezident elan edib və dərhal da ABŞ, Braziliya, ümumiyyətlə 20-ə yaxın ölkə müxalifət lideri Quaidonun prezidentliyini tanıyıb. Bu onu göstərir ki, Venesuelada yeni president yaranır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu, ABŞ-ın istifadə etdiyi yeni metoddur:

“Eyni metodu Vaşinqton sabah başqa dövlətlərdə də həyata keçirə bilər. Bu yeni metodu – “küçədə prezident elan edilməsi” metodu adlandırmaq da olar. ABŞ demokratik seçkilərdə qalib gələn prezidenti küçədə elan edilmiş digər “prezidentlə” əvəzləyir. Quaido ixtisasca mühəndisdir və ABŞ-da Corc Vaşinqton Universitetini bitirib. Ona qısaca Venesuelanın Süleyman Dəmirəli desək, fikrimcə, mənzərə aydınlaşar”.

Politoloq qeyd edib ki, Maduronun prezidentliyi dövründə parlament seçkilərində müxalifət qalib gəldi:

“Bir iqtidarın dövründə parlament seçkilərində müxalifət qalib gəlirsə, həmin hakimiyyətin prezidentinə diktator demək çox yanlışdır. Müxalifət parlamentdə qalib gələndən sonra öz işi ilə məşğul olmaq əvəzinə qanuni seçilmiş prezidenti devirmək üçün cəhdlər etməyə başladı. Təbii ki, Maduro da buna sərt reaksiya verməli idi. Hətta vəziyyət o yerə çatdı ki, prezident parlamentə alternativ qurum yaratmağa məcbur oldu”.

Politoloq vurğulayıb ki, Venesuelada indiki durum ona 1993-cü ildə Rusiyada baş verən prezident-parlament qarşıdurmasını xatırladır:

“O vaxt Prezident Yeltsin legetim parlamenti bombalasa da, bu, ABŞ və “demokratik” dünya tərəfindən razılıqla qarşılandı. Çünki Rusiyanın o vaxtkı Prezidenti Yeltsin ABŞ və Avropaya yaxın sayılırdı. Venesuelanın indiki Prezidenti Maduro parlamenti bombalamayıb. Buna rəğmən ABŞ və dostları Maduronu devirmək istəyir. Çünki Yeltsindən fərqli olaraq, Madurodan ABŞ-ın xoşu gəlmir. Məsələ bu qədər sadədir. Yəni iqtisadi böhran, devalvasiya, inflyasiya və s. kimi səbəblərə görə xalq tərəfindən seçilmiş Prezident Maduro devrilmir”.

Politoloq bildirib ki, iqtisadi böhran, sosial narazılıqlar bütün ölkələrdə var:

“Bəs niyə ABŞ-ın xoşuna gəlmədiyi liderlərin başına məhz bu oyunlar açılır?! ABŞ artıq guya nümayişçiləri müdafiə etmək etmək bəhanəsi ilə Venesuelaya güc tətbiq edəcəyinin anonsunu verib. Bu, açıq-aşkar rəsmi Karakasa hədə-qorxu gəlməkdir. Venesuelada daha az həcmdə Liviya ssenarisi tətbiq edilə bilər. Venesuelanın paytaxtı Karakas iki yerə bölünüb. Tərəfləri qarşıdurmadan ordu, polis ayırır. Maduro ABŞ diplomatik korpusuna ölkəsindən çıxmağa 72 saat versə də, amerikalılar heç yerdən çıxmayacağını və yeni “prezidentlə” işləyəcəklərini bildiriblər”.

Politoloqun sözlərinə görə, Ağ Ev burnunun dibindəki üsyankar neft ölkəsini ram etmək istəyir.

Tarix
2019.01.24 / 17:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla