Yuxarı

Ruhaninin Bakı səfərinin gizlinləri: “44 metr torpaq... İŞİD”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran hakimiyyətində bəzi simalar hələ də Azərbaycanın daxili işlərinə qarışırlar və Bakının xarici siyasətində korrektə edilməsini istəyirlər".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, İranda hər şeyin Ruhanidən asılı olmadığını bildirib:

"Prezident İlham Əliyev aprel ayında İrana rəsmi səfər etmişdi və bu zamanda İran Prezidenti Ruhanini Bakıya səfərə çağırmışdı. Əlbəttə, İran qonşu dövlətdir və onunla normal münasibətlər olmalıdır. Lakin İran hakimiyyətində bəzi simalar hələ də Azərbaycanın daxili işlərinə qarışırlar və Bakının xarici siyasətində korrektə edilməsini istəyirlər. Əgər İran Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, birinci növbədə daxili işlərə qarışmaqdan əl çəkməlidir. Bu gün İranın özünün də vəziyyəti yaxşı deyil və o beynəlxalq sanksiyalardan qurtulmaq istəyir. Beynəlxalq sanksiyalardan qurtulduqdan sonra İran öz enerjisini bazara çıxarmaq istəyəcək ki, bunun üçün də ən mühüm əməkdaşlıq Azərbaycandan keçir. Çünki Azərbaycanda bunun üçün hazır infrastruktur var. Yenə deyirəm, İran Azərbaycanla əməkdaşlıq üçün birincisi daxili işlərə qarışmamalı, ikincisi isə Ermənistanla münasibətlərə nəzər yetirməlidir. Bəli, mümkündür ki, tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən söhbət getsin, amma hər şey Həsən Ruhanidən asılı deyil. Çünki İranda hakimiyyət arasında ixtilaf var və İslam inqilabından sonra hər zaman olub. Burada üç qüvvə var: İran prezidenti, Ali Dini lider və hərbiləşdirilmiş qüvvələr. Hətta Həsən Ruhani Azərbaycanla əməkdaşlığı gücləndirmək istəsə belə, o biri qüvvələr bunu bəyənməyib Azərbaycanın daxili işlərinə qarışa bilərlər".

Politoloq Ruhaninin buradakı görüşündən sonra İran mediası tərəfindən müəyyən təxribatlara yol verilə biləcəyini söyləyib:

"Mümkündür ki, Əliyevlə Ruhani arasında Culfa istiqamətində 13 metrlik mübahisəli torpaq məsələsi də müzakirəyə çıxarılsın. Məsələ ondadır ki, səfər öncəsi və sonrası İran tərəfi təxribata da əl ata bilər. Çünki məsələ belədir ki, hər dəfə səfər yüksək səviyyədə keçdikdən sonra səhəri gün "Səhər" kanalı və digər media orqanları hansısa yüksək vəzifəli məmurun vasitəsilə Azərbaycanın daxili işlərinə qarışacaq açıqlamalarla təxirabata əl atır. Gərək İran tərəfi bu tipli açıqlamalardan yayınsın. Bakıda həmçinin Rəştdən başlayaraq Rusiyaya qədər uzanacaq dəmiryolu məsələsi, İran qazının Azərbaycan üzərindən Avropaya daşınması müzakirə oluna bilər. Bütün bu məsələlər İran üçün aktualdır. Azərbaycan da bu istiqamətdə müəyyən addımlar ata bilər ki, əməkdaşlıq artıb inkişaf etsin. Amma yenə də təkrar edirəm ki, 20 ildə belə görüşlər az olmayıb. Hər dəfə bu görüşlərdən sonra İran əvvəlki mövqeyinə qayıdaraq bizə qarşı informasiya məkanı təxribatlarını davam etdirib, Ermənistanla əməkdaşlığı genişləndirib. Bu da Azərbaycanla İran münasibətlərinə həmişə kölgə salıb".

E.Şahinoğlu İŞİD məsələsinin Bakıda müzakirəsinin tərəfdarı olmadığını deyib:

"Bilirsiniz, İŞİD məsələsinin müzakirəsi belə Azərbaycanın daxili işlərinə qarışmaqdır. Azərbaycanda İŞİD məsələsi varsa, Bakı özü bunu həll etməyə çalışacaq. Necə ki indi edir. Doğrudur, Azərbaycanda belə adamlar var və onlara qarşı müəyyən tədbirlər artıq görülüb. İranın gəlib bu məsələni bizim qarşımızda qaldırması yolverilməzdir. Ən böyük təhlükə isə İrandan bu məsələdə dəstək gözləməkdir. Bu məsələni özümüz və digər dövlətlərin kəşfiyyat məlumatları sayəsində həll edə bilərik. Ona görə də mən bu məsələlərin Bakıda müzakirəsinin tərəfdarı deyiləm. Tehranın narahatlıqları ola bilər, amma bu imkan vermir ki, bizim qarşımızda hansısa məsələ qaldırsınlar. Bu, hazırda o qədər də böyük problem deyil ki, biz belə məsələdə İrandan yardım istəyək".

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani sabah Azərbaycana ilk rəsmi səfərini həyata keçirəcək.

Onu da xatırladaq ki, bu ilin aprelin 6-da İran Sərhəd Polisinin Komandanı Hüseyn Zülfüqari açıqlama yayaraq Culfada 44 metrlik mübahisəli ərazinin İrana verildiyini bildirmişdi. Bu məlumat isə Prezident İlham Əliyevin İrana səfərindən öncə yayılmışdı. Bundan dərhal sonra Axar.az-a ilk açıqlamanı verən Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin eks rəhbəri Elman Abdullayev isə Azərbaycanın heç bir zaman heç kimə bir qarış torpağını belə verməyəcəyini demişdi.

Tarix
2014.11.11 / 11:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla