Yuxarı

Niyaməddin Orduxanlı yenə namizədliyini verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hamı deputat olmaq istəyir. Ancaq elələri var ki, heç yaşadığı ərazidən bələdiyyə üzvlüyünə namizəd olmayıblar. Hələ bir bələdiyyə üzvü seçilin və bundan sonra böyük iddialara düşün!"

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bələdiyyə seçkilərində növbəti - 4-cü dəfə iştirak etmək barədə qərarını açıqlayarkən deyib. Onun sözlərinə görə, artıq lazım olan sənədləri 45 saylı Dairə Seçki Komissiyasına təqdim edib:

"Bu günə qədər 3 dəfə bələdiyyə seçkilərində iştirak etmişəm və hər üçündə qalib gəlmişəm. İlk dəfə namizədliyimi verəndə 21 yaşım vardı, ən gənc bələdiyyə üzvlərindən biri olmuşam".

BAXCP sədrinin müavini onu da bildirib ki, ölkədə yeganə partiya sədrinin müavinidir ki, həm də 15 illik bələdiyyə təcrübəsi var: "Siyasətlə məşğul olan hər kəs seçkidə iştirak etməlidir. Ancaq bu gün partiyalarda təmsil olunan rəhbər şəxslər bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı görünmürlər. Niyə seçkiyə qatılmırsınız? Bunların hamısı deputat olmaq istəyir. Ancaq elələri var ki, heç yaşadığı ərazidən bələdiyyə üzvlüyünə namizəd olmayıb. Hələ bir bələdiyyə üzvü seçilin və bundan sonra böyük iddalara düşün".

Tarix
2014.11.11 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla