Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Polis rəisini işdən çıxartdıran qadın danışdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyevin işdən çıxarılmasına səbəb olan Nərminə Əhmədova keçmiş rəis haqqında dediyi bəzi fikirləri sübut edə bilmədiyi üçün təkzib verir.

Bu barədə Axar.az-a Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi tərəfindən 35.820 manat pulu mənimsənilən Nərminə Əhmədova özü bildirib.

Onun sözlərinə görə, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Əliyevin onu aldatması, ondan istifadə etməsi ilə bağlı dediklərini məhkəmədə sübuta yetirsə də, erməni əsilli sevgilisinin olması ilə bağlı dediklərini sübut edə bilmədiyi üçün bu haqda dediklərini təkzib edir.

N.Əhmədova qedy edir:

"Fuad Əliyevin məndən külli miqdarda borc adı altında pulları şəxsən alması, mənimlə Gürcüstanda, Türkiyədə, Dubayda, Maldiv adalarında və başqa yerlərdə istirahətdə olması və sairlə bağlı DİN daxili Təhqiqatlar İdarəsində sübutlar əsasında (təyyarə biletləri, otel sənədləri, şəkillər və sair) geniş araşdırılaraq sübuta yetirilib və ona görə də AR DİN-in keçmiş polis polkovnik-leytenantı Əliyev Fuad Gündüz oğlu Daxili İşlər naziri Ramil Usubovun 02 avqust 2014-cü il əmri ilə tutduğu vəzifədən Gəncə Baş Polis İdarəsi İTŞ-nin rəisi vəzifəsindən kənarlaşdırılaraq sərəncama çıxarılıb və 20 sentyabr 2014-cu il tarixli əmri ilə xidmətdən xaric edilib.

Qanunvericiliyin tələbinə görə, şərəf və ləyaqəti ləkələyən məlumatı yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməlidir. Yəni yayılmış məlumatların doğruluğu mənim tərəfimdən sübut olunmalıdır. Yuxarıda qeyd edilən iki hal - Fuadın məndən külli miqdarda pul alması və mənimlə "məhəbbət" macərası yaşaması DİN Daxili Təhqiqatlar İdarəsində tam sübuta yetirilib.

Sizin saytda tərəfimdən yayılmış Fuad Əliyevlə erməni əsilli Albina Maqsumova arasındakı münasibətləri sübuta yetirmək imkanına isə malik deyiləm (ona görə ki, həmin məlumatları Fuad şəxsən mənə danışıb və bir neçə dəfə mənim vasitəmlə ona təyyarə bileti alıb). Ona görə də Axar.az saytında verilmiş "Gəncə polisinin şöbə rəisi erməni qadınla yaşayırmış" başlıqlı yazının mənim tərəfimdən təkzib edilməsi ilə bağlı məlumat yerləşdirməyinizi xahiş edirəm".

Xatırladaq ki, Nərminə Əhmədova adlı vətəndaş saytımıza müraciətində bildirib ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 35.820 manat pulunu mənimsəyib. Bununla əlaqədar polkovnik-leytenant F.Əliyev Daxili İşlər naziri Ramil Usubovun 02 avqust 2014-cü il əmri ilə Gəncə Baş Polis İdarəsinin İTŞ-nin rəisi vəzifəsindən kənarlaşdırılaraq sərəncama çıxarılıb və 20 sentyabr 2014-cu il tarixli əmri ilə xidmətdən xaric edilib.

Tarix
2014.11.12 / 09:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türkiyənin prezidenti məlum oldu: son nəticə... - Video

Ərdoğan qalib gəlməsəydi, Türkiyəni… - Deputat

Bağçada üzünə “dağ basılan” uşağın anası: Yalandır...

Türkiyədəki seçkilərdə kim qazandı, kim uduzdu?

Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı

Səslərin 98%-i sayıldı: kim liderlik edir? - Nəticələr

İlham Əliyevdən Ərdoğana məktub

Ərdoğanın seçkidən sonra ilk çıxışı - Video

Baxçalıdan Ərdoğana telefon zəngi

Türk PA Türkiyədə seçkiləri izlədi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla