Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Bakıda fəallaşan rusmeylliləri nədən Qərb dəstəkləyir? – Şok açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaxtilə Qərbin dəstəklədiyi və maliyyələşdirdiyi 5-ci kolon var gücü ilə işə salınıb".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ərəstun Oruclu öz Feysbuk səhifəsində çıxış edib.

O, ABŞ-ın bəzi Rusiyameylli qeyri-hökumət təşkilatlarını maliyyələşdirdiyini bildirib:

"2000-ci illərin ortaları idi. Bir qrup qərbli diplomat və Bakıda səfərdə olan Qərb siyasətçiləri qarşısında çıxış edirdim. Çıxışdan sonra qonaqların suallarını cavablandırıb yekunlaşdırırdıq ki, görüşü təşkil edən səfir mənə müraciət edib bəlkə qonaqlara sualım olduğunu soruşdu. "Bircə sualım var, deyib, soruşdum ki, mənə maraqlıdır, Qərb ölkələri və onların donorları Azərbaycandakı Rusiya agentlərini Rusiya ilə ikitərəfli anlaşma əsasında maliyyələşdirir, yoxsa bilgisizlikdən? Bir anlığa dərin sükutla qarşılanan çox qeyri-diplomatik sualıma verilən diplomatik cavablar mənə elə də maraqlı deyildi, çünki əsas məqsədim sözümü demək idi. Bu yerdə haşiyə çıxaraq deyim ki, sual təsadüfi və ya spontan ortaya çıxmamışdı, uzun müddət apardığımız müşahidələrin nəticəsində yaranmışdı. Hətta Qərb donorlarının Azərbaycanda kimləri, hansı qeyri-hökumət təşkilatlarını maliyyələşdirilməsi barədə hakimiyyət dairələri ilə razılaşdırılmış siyasət aparması haqqında da ətraflı məlumatımız vardı. Bu söhbətdən bir neçə il sonra qalmaqallı "Vikiliks" ("Wikileaks") gündəmə gəldi və yayılan məxfi yazışmalardan birində maraqlı bir hesabat diqqətimizi çəkdi. O zaman ABŞ Dövlət katibinin müavini olmuş Devid Kramer İlham Əliyevlə görüşü barəsində yazırdı: "...bizim siyasi məhbusların azadlığa buraxılması tələbimizə Prezident Əliyev cavab verdi ki, Qərbin və xüsusilə də ABŞ-ın ondan Rusiya agentlərinin həbsdən azad edilməsi tələbini anlaya bilmir..."

Politoloq Vaşinqtonun "kökə" siyasətinin iflasa uğradığını bildirib:

"Əlbəttə, bütün bu siyasətin və o cümlədən Vaşinqtonun Bakıya yönəlik yumşaq davranışının arxasında Qərbdəki neft lobbisinin təsiri dayanırdı. Rəsmi Vaşinqton isə özünün ənənəvi "kökə və dəyənək" xarici siyasət doktrinasının "kökə" hissəsini işə salıb, bunun nəticəsində nələrin baş verəcəyini gözləyirdi. Çünki Vaşinqtonda yaxşı bilirdilər ki, zərurət yarandıqda uzaqbaşı əllərinin altında "dəyənək" də var. Son aylarda baş verən hadisələr isə göstərir ki, "kökə" siyasəti tam iflasa uğrayıb. Vaxtilə Qərbin dəstəklədiyi və maliyyələşdirdiyi 5-ci kolon var gücü ilə işə salınıb. Təbii ki, Qərbin özünə qarşı, amma əvvəlkindən bircə fərqlə - bu dəfə Azərbaycan deyil, Rusiya mediasında".

Tarix
2014.11.12 / 14:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla