Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


"Söhbət 7 rayonun azad olunmasından gedir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə ATƏT Nazirlər Şurasının 20-ci iclasında iştirak edən Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin suallarını cavablandırıb:

- Cənab nazir, Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanla görüşünüz barədə nə deyə bilərsiniz?

- Dekabrın 16-dan sonra həmsədrlər regiona səfər edəcəklər. Biz onları Kiyev görüşündəki danışıqların nəticələri barədə məlumatlandıracağıq. Bundan sonra yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüş olacaq.

- Sizin bugünkü çıxışınızla ötən il Dublindəki çıxışınızı müqayisə etdik. Bizə belə gəldi ki, ritorika yumşalıb. Bu nə ilə bağlıdır?

- O zaman məntiqli, konkret danışıqlar yox idi. Budəfəki danışıqlarda biz artıq konkret məsələlərə toxunduq. Bu görüş prezidentlərin tapşırığı əsasında baş tutub. Deyə bilərəm ki, 2004-cü ildən Praqa prosesi çərçivəsində aparılan danışıqlar kimi konkret danışıqlar Kazan görüşündən sonra aparılmamışdı.

Dünən ilk dəfə biz konkret məsələlərə toxunduq. Detalları açıqlaya bilmərəm. Məhz bu danışıqların əsasında mən ATƏT Nazirlər Şurasının iclasındakı çıxışımı qurdum. Dublində isə danışıqlarda konkretlik yox idi.

- Siz iclasda çıxışınızda bütün işğal olunan ərazilərin deyil, 7 rayonun azad edilməsini qeyd etdiniz. Bu nə ilə bağlıdır?

- Çünki bu Madrid prinsiplərinin əsasında mərhələli bir prosesdir. İlk əvvəl söhbət 7 rayondan, əvvəl 5 rayondan, sonra isə Kəlbəcər və Laçından gedirdi. Sonra isə yol və kommunikasiyaların açılması müzakirə olunurdu. Bizim üçün əsas o idi ki, irəliləyişə nail ola bilmədiyimiz məsələlər üzərində işləyək.

Biz dünən 4 saatdan artıq erməni həmkarımla bu məsələləri geniş müzakirə etmişik. Deyəbilmərəm hansı məsələlərdə razılığa gəlmişik. Ermənistan və biz öz mövqeyimizi bildirdik, indi biz bununla bağlı prezidentləri məlumatlandıracağıq.

- Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində sizin görüşünüzü "tarixi" adlandırıb. Bu nə ilə bağlıdır?

- Onu cənab Uorlikin özündən soruşmaq lazımdır. Mən görüşümüzü tarixi olub- olmamaq baxımından qiymətləndirə bilmərəm. Amma ilk dəfə idi ki, biz konkret məsələləri müzakirə edirdik. Bundan əvvəl biz ümumi müzakirələr aparırdıq, yəni ümumi mühit barədə. Dünən isə artıq konkret məsələlərə toxunub, onları müzakirə etdik.

Məsələn, mən Azərbaycan Prezidentinin tapşırığı əsasında mövqeyimizi bildirdim. Ermənistanın naziri də nə ilə razı olub, nəyi qəbul edə bilməyəcəklərini dedi. Deyə bilərəm ki, bu danışıqlar digərlərindən konkretliyi ilə fərqləndi. Əgər konkret nəticə olsa bunu "tarixi görüş" adlandıra bilərik.

- ATƏT-in Demokratik Təsisatlar Bürosu ilə Azərbaycan bundan sonra necə əməkdaşlıq edəcək və gələcək seçkilərə dəvət olunacaqmı?

- Bu barədə danışmaq hələ tezdir. İndidən bu barədə heç nə demək olmaz. Ümumilikdə ATƏT-in bütün institutları ilə əməkdaşlığı davam etdirəcəyik. Amma digər tərəfdən bəzi məqamlar var. Biz bu Büronun qiymətləndirməsi ilə razı deyilik və bunu açıq şəkildə onlara çatdırmışıq. Seçkini izləyən 50 təşkilatdan 49-u razı qalıb, biri razı olmayanda, bu artıq onların öz mövqelərini şübhə altına qoyur.

- ATƏT-in Bakı ofisinin statusu ilə bağlı danışıqlar hansı mərhələdədir?

- Artıq məsələ həll olunur. Bu ayın sonuna qədər Ukraynanın sədrliyi çərçivəsində məsələ bitəcək və ATƏT-də növbəti sədr olan İsveçrəyə qalmayacaq. Yanvarın 2-ə qədər bu məsələ ilə bağlı sənəd imzalancaq. Mən ATƏT-in baş katibi ilə görüşdüm. Xırda, texniki məsələlər qalıb.

- Türkiyə mediası məlumat yayıb ki, İsveçrə bir tərəfdən Azərbaycan-Ermənistan, digər tərəfdən Türkiyə-Ermənistan danışıqlarında aktiv rol oynamaq istəyir. Bununla bağlı nə deyərdiniz?

- Biz həmişə hamını dəvət edirik. O cümlədən həmsədrləri, ATƏT-ə rəhbərlik edənləri münaqişənin həllində aktiv iştirak etməyə dəvət edirik. O cümlədən də ATƏT-ə 2014-cü ildə sədrlik edəcək İsveçrəni də dəvət etmişik. Artıq hansı yolla onlar bunu edəcəklər, bu, onların işidir (Aznews.az).

Tarix
2013.12.06 / 08:38
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla