Yuxarı

İki türk şirkəti məhkəmə qarşısında - Səbəb Azərbaycan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədən Azərbaycana ixrac olan məhsullarda zərərli maddələr aşkarlandığı barədə məlumat vermişdik.

Axar.az xəbər verir ki, bu qidalar arasında "Günaydın" markalı məhsulların olması Türkiyədə eyni adda fəaliyyət göstərən iki ayrı şirkəti hərəkətə gətirib.

Redaksiyamıza məktub ünvanlayan şirkət qadağan olunan məhsulun onlara məxsus olmadığını bildirib:

"Günaydın Süd və Süd məhsulları adı ilə saytınızda yer alan "Günaydın" markasının "Günaydın Et A.Ş" ilə heç bir bağlılığı və əlaqəsi yoxdur. Sözügedən şirkət "Günaydın Et A.Ş." adından istifadə etdiyinə və "Günaydın" markasının 5556 saylı "Markaların Qorunması" haqqında qanunu pozduğuna görə "Günaydın Et A.Ş" tərəfindən qanuni araşdırma başlanılıb".

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Səhiyyə Nazirliyi və Qida Əkinçilik və Heyvandarlıq Nazirliyinin labarotoriya analizləri nəticəsində məlum olub ki, bir çox ölkə ilə yanaşı, Azərbaycana ixrac edilən məhsullarda da insan sağlamlığına zərərli maddələr var.

Tərkibində zərərli maddələr aşkarlanan məhsullar arasında ət məhsulları üstünlük təşkil edir. Bura həmçinin dənli bitkilər, yağ və ağartı məhsulları da var.

Mağazalardan almamağınız məsləhət görülən məhsullar sırasında bir çox çeşidlə yanaşı "Günaydın" süd qaymağı da var.

Tarix
2014.11.12 / 23:27
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla