Yuxarı

Qərb Saakaşvilini hakimiyyətə qaytarır – Millət vəkilinin şərhi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstanda koalisiyadan qopan qüvvələr öz imkanlarını genişləndirirlər".

Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Gürcüstanda iki istiqamətli ayrılmalar və bunun fonunda Saakaşvili hakimiyyətinin bərpası məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, İvanaşvili komandasının daxilindəki çatın öz həllini tapdığını zənn edənlər yanılır:

"İrakli Alasaniya, Pancikidze və onun çevrəsində olan parlamentarilər yeni qüvvələr ilə daha da güclənəcək. Baxmayaraq ki, Saakaşvili komandasının çox kiçik bir qismi qalıb, onlar da revanş götürmək üçün öz qüvvələrini səfərbər edirlər. Belə olan təqdirdə siyasi mübarizədəki gərginlik avtomatik olaraq dövlətin yürütdüyü kursa təsir göstərəcək. Ən başlıca məsələ hazırki dövrdə "Gürcüstanın seçdiyi Qərbyönümlü kursdan geri çəkilməsi mümkündürmü və yaxud da bu siyasət tamamilə iflasa uğraya bilərmi, həmçinin 2008-ci ildə haqqını çox baha ödədiyi siyasətinə görə yenidən cəzalandırıla bilərmi" suallarını müəyyənləşdirməkdir. Yəni açıq şəkildə hökumət tərkibində Rusiyaya yaxın olan və indi yürüdülən siyasətin Gürcüstanın maraqlarına zidd olduğunu yəqin edənlərin daha gizli diversiyaları, prosesi sabotaj etmək cəhdləri bir nəticə verə bilər. Çünki nə ordu sıralarından, nə də ki dövlətin digər eşalonlarından keçmiş qüvvələrin hamısını təmizləmək mümkün olub. "Lüstrasiya" qanunu var ki, keçmişdə vəzifə tutanların hər hansı bir şəkildə 10 il ərzində müxtəlif dövlət qurumlarında təmsilçiliyinə yasaq qoyur. Ukraynada da ən sonda bunu tətbiq etdilər. Bu, Gürcüstanda sona qədər sovetizm və ruspərəstliyi aradan qaldıra bilmədi".

Millət vəkili Gürcüstanın siyasi kursunda dəyişikliyin təkcə Qərblə əlaqələrə deyil, bölgədə iqtisadi, siyasi və geosiyasi vəziyyətə, o cümlədən Türkiyə və Azərbaycanla olan hərbi və təhlükəsizlik ittifaqlarına da təsir göstərəcəyini bildirib:

"İvanaşvilinin özünü arxa plandan ön cəbhəyə qaytarması, hətta televiziyada veriliş aparıcılığına kimi incə bir siyasətə əl atması, Alasaniyanın "ölkə arxa qapılardan idarə olunmalı deyil", "demokratik institutlar cəmiyyətdə özünü göstərməlidir" iradı o deməkdir ki, Saakaşvilinin başlatdığı siyasətdən geri çəkilmələrini onun əleyhdarları görür. Bidzinanın malik olduğu 8 milyardlıq kapitaldan ölkənin iqtisadi ehtiyaclarına qoyulmadı. Kontekstdə təkcə geosiyasət deyil, əhalinin sosial rifahı durur və bundan da müxtəlif qüvvələr öz məqsədləri üçün istifadə edəcəklər".

Tarix
2014.11.13 / 10:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla