Yuxarı

NATO Əİ: “Azərbaycan kəşfiyyatında sübut olmasaydı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan əldə etdiyi bütün kəşfiyyat materiallarını tez bir zamanda BMT və tərəfdaş olduğu NATO-ya təqdim etməli və böyük oyunun başlanğıcında ikinci qolunu vurmalıdır. Əks təqdirdə erməni təbliğatına uduza bilər".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Rusiyanın Azərbaycanın nəbzini ölçdüyünü bildirib:

"NATO Əməkdaşlıq İnstitutu olaraq bir müddət öncə Ermənistanda yerləşən Gümrü hərbi bazasında diversantların təxribat törətmək üçün hazırlandıqları haqda ictimaiyyətə məlumat vermişdik. Bu, həmin ssenarinin davamıdır. Sadəcə, Rusiya Ermənistanın əli ilə Azərbaycan tərəfinin nəbzini ölçür. Bu hadisələrin heç biri təsadüfi deyil. Ən maraqlısı isə bütün bu cür hadisələrin Rusiyada keçirilən hər hansı tədbir zamanı baş verməsidir. Rusiya özü üçün yeni işğal xəritəsi hazırlayıb və bu xəritədə Cənubi Qafqaz ölkələri xüsusi yer tutur. Gürcüstandakı istefalar, Ermənistanda keçirilən təlim, eləcə də onun adı və s. buna hesablanıb. Bu sadəcə bir qığılcımdır. Əgər bu qığılcım od olarsa, o zaman onun qarşısını almaq çətin olacaq".

F.Məmmədov ermənilərin uçuşlarının təlim xarakteri daşımadığını da nəzərə çatdırıb:

"O uçuşlar sadəcə təlim xarakteri daşımırdı. Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əlində təxribatla bağlı yetərli sübut olduğu üçün helikopterin vurulması əmri verilib. Azərbaycan əldə etdiyi bütün kəşfiyyat materiallarını tez bir zamanda BMT və tərəfdaş olduğu NATO-ya təqdim etməli və böyük oyunun başlanğıcında ikinci qolunu vurmalıdır. Əks təqdirdə erməni təbliğatına uduza bilər. Ermənistanın sadəcə bir məsələdə Azərbaycan tərəfindən kiçik üstünlüyü var. O da Rusiya tərəfindən onlara peyk vasitəsilə məlumatların verilməsidir. Rusiya peyk vasitəsilə cəbhədə yaşanan hərəkətliliyi, ordunun marşrutlarını rahat görə bilir. Bu, təhlükəli məsələdir. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bu işdə Ermənistana daim dəstək verir. Azərbaycanın yubatmadan buna qarşı addımlar atacağına və siyasi üstünlüyü də ələ alınacağına əmin olmaq istərdim".

Tarix
2014.11.13 / 12:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla