Yuxarı

General Kərəm Mustafayev nədən fövqəladə toplantı keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Naxçıvan hərbi birləşməsində general Kərəm Mustafayevlə bağlı "Axar.az"da gedən yazıdan sonra Muxtar Respublikada vəziyyət gərginləşib.

Mənə çatan məlumata görə, Kərəm Mustafayev fövqəladə iclas keçirərək belə bir dəqiq məlumatın mediaya necə sızdırıldığını araşdırır. Çünki o bilir ki, konkret adlar çəkilib və hərbi prokurorluq bu işi araşdıra bilər".

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bir müddət bundan əvvəl Kərəm Mustafayevlə bağlı "Axar.az" saytında gedən yazıya ("Zabitlər Kərəm Mustafayevə etiraz edir") münasibət bildirərkən dedi:

"Naxçıvandakı ordu sıralarında kobud qanun pozuntuları var. Onu da deyim ki, faktiki olaraq Kərəm Mustafayev Müdafiə nazirliyini saymır. Ona görə də bu gün Naxçıvanla bağlı təcili addımlar atılmalıdır. Çünki orda Kərəm Mustafayevin özbaşınalıqları davam edir. Bölük komandirindən tutmuş tabor komandirinə qədər, ehtiyat hissələrin alınması adı ilə qanunsuz olaraq pullar yığılır. Ona görə də hesab edirəm ki, Naxçıvan hərbi birləşmə komandiri ən yaxın vaxtlarda vəzifəsindən azad olunmalıdır. Bundan başqa, orda 10 ildən artıq xidmət çəkən zabitlər var ki, indi onlar Müdafiə Nazirliyinin onların yerini dəyişməsini gözləyir. Bu baş verməzsə, hadisələrin sonrakı axarı faciələrə yol aça bilər. Məsələn, bir müddət əvvəl Kərəm Mustafayevin təzyiqi nəticəsində həyatına qəsd etmək istəyən Babayev soyadlı polkovniki buna misal göstərə bilərəm".

Tarix
2013.12.06 / 11:12
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla