Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


“Helikopter məsələsi bizə yox, Ermənistana baha başa gələcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan helikopterinin Azərbaycan Ordusu tərəfindən vurulmasının məsuliyyəti tam olaraq Ermənistanın üzərinədədir. 90-cı illərdəki eyforiya dağılıb, vəziyyət gərgindir. İndi onların qorxuları var".

Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc Azərbaycan ordusunun cəbhə xəttində hava sərhədini pozan erməni helikopterini vurması barədə danışarkən bildirib.

Millət vəkili qeyd edib ki, cəbhə xəttində baş vermiş bu hal bizə yox, Ermənistana baha başa gələcək:

"Reallığı nəzərə alın. 12 milyon dollarlıq vertolyot itirilib. Və üstəlik 3 nəfər şəxs itirilib. Bunun məsuliyyəti Ermənistan rəhbərliyinin çiynindədir. Söhbət Qarabağın 4,38 min kv.km-in üstündən uçuşlardan getsəydi və Azərbaycan uzaq mənzilli raketlərdən, texnikadan istifadə etsəydi, burada siyasi və hərbi ekspertlərin polemikasından söhbət gedə bilərdi. Əgər 7 rayonun 12,3 min kv kilometr ərazisinin üzərindən gələrək Ağdamın kəndi üzərində, real döyüş zonasında vertolyot uçursa, belə məqamda Azərbaycan Ordusu nə etməli idi? Ermənistan Müdafiə Nazirliyi açıqlama ilə çıxış etdi ki, guya bu vertolyot heç bir silaha, hərbi texnikaya malik deyil, sadəcə, hərbi təlim planlarını yerinə yetirir. Yəni sərhədi qoruyan Azərbaycan Ordusu hava sərhədini pozan helikopterin humanitar yardım aparan və ya mülki helikopter olduğunu anlamayıb? Belə olsaydı, deyərdik, Azərbaycan hövsələsizlik göstərib. Ancaq Azərbaycan Ordusu edilməsi gərəkəni edib. Bu məsələnin məsuliyyəti tam olaraq Ermənistanın üzərinədir. Onlar bilirlər ki, bu məsələni siyasi cəhətdən əleyhimizə yönəltməklə ölkə daxilindəki Sarkisyan rejiminə qarşı olanları hansısa yolla neytrallaşdıra bilərlər. Ona görə bu məsələni geniş miqyasda əleyhimizə yönəldirlər".

Z.Orucun fikrincə, bir helikopterin vurulması ərazilərimizin işğalından böyük hadisə deyil:

"Bu məsələni şişirdərək Qafqazda yanğın, Rusiyaya qarşı ikinci cəbhənin açılması, Azərbaycanın Avropaya getməsinə qarşı təxribatlar, avqust ayındakı iri miqyaslı tədbirlərin davamı kimi təqdim etmək yanlışdır, yolverilməzdir. Biz nə efyoriyadayıq, nə də böyük qələbə əhval-ruhiyyəsindəyik. Bir helikopterin vurulması ərazilərimizin işğalından böyük hadisə deyil! Çox uzun zaman bizə elə böyük məğlubiyyət yaşadılıb ki, indi öz müdafiəmizi gerçəkləşdirəndə də onun nəticələrini hesablamağa məcbur oluruq ki, dünya buna nə deyəcək? ATƏT-in Minsk Qrupunun bircə o işi qalıb ki, gedib erməni hərbi formasını geyinib bizə qarşı vuruşsun. Sərkisyan hadisədən sonra gecə Qarabağa gəlməklə sübut etdi ki, orada 90-cı illərdəki eyforiya dağılıb, vəzyət gərgindir, qorxuları var. Bizi belə adi işlərlə qorxutmasınlar".

Qeyd edək ki, dünən Ağdam rayonu ərazisində Ermənistan hərbi helikopteri Azərbaycanın təmas xətti üzərində uçuşlardan sonra ordumuz tərəfindən məhv edilib. Nəticədə Ermənistan ordusunun üç pilotu ölüb. Lakin rəsmi İrəvan helikopterin ona məxsus olduğu barədə məlumatları təkzib edib.

Tarix
2014.11.13 / 17:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nikol Bakının bu silahından qorxusunu belə göstərdi - Video

Başçı şortikli qızdan danışdı: Onların qeyrəti varsa...

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla