Yuxarı

Prezidentdən inqilabi gediş: Sərəncam 1 il tez verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam çox düşünülmüş bir addım idi.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamı haqda danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyib. Deputat bildirib ki, minimum əməkhaqqının artırılması qərarı əslində gözlənilən idi:

“Azərbaycan Avropa Sosial Xartiyasına qoşulub və 2020-ci ilədək minimum əməkhaqqı yaşayış minimumuna, yəni 180 manata bərabər olmalı idi. Üzvü olduğum komitə büdcə müzakirələri zamanı bu məsələni iki dəfə qaldırmışdı. Çox gözəl və təqdirəlayiq haldır ki, prezident bu məsələnin labüdlüyünü nəzərə alaraq, minimum aylıq əməkhaqqının artırılması ilə bağlı qərarı 1 il tez həyata keçirdi. Bu, Azərbaycan iqtisadiyyatının gücünü, inkişafını göstərir. Belə bir böyük addımı yalnız bir neçə ilə öncə pensiyaların 40 faiz artımını özündə əks etdirən reformlarla müqayisə etmək olar. Bu inqilabi və mütərəqqi addım nəticəsində bir çox insanın maaşı artacaq. Məsələn, dövlət hospitalında işləyən tibb xadimləri cəmi 130-140 manat maaş alırdılar. İndi onların maaşlı əhəmiyyətli dərəcədə yüksələcək”.

Deputat iş adamlarına səslənərək, onları sözügedən qərardan sui-istifadə hallarına yol verməməyə çağırıb:

“İş adamları və biznesmenlər bu qərardan dərhal sonra ərzağın qiymətlərini qaldırmamalıdırlar ki, insanlar maaş artımını hiss etsinlər”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manat olması haqda sərəncam imzalayıb.

Tarix
2019.02.10 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla