Yuxarı

Buna büdcədən 400 milyon ayrılacaq – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minimum əməkhaqqının 38,5 faizə yaxın artırılması insanların sosial vəziyyətində müsbət dönüş yaradacaq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamını şərh edən millət vəkili Azər Badamov deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və qəbul edilən bütün qərarlar ölkə vətəndaşının maddi rifah halının yaxşılaşmasına xidmət edir:

“Bu, Prezidentin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı imzaladığı ilk sərəncam deyil. Dövlət başçısının bu istiqamətdə imzaladığı sərəncamlar sayəsində son 15 ildə əməkhaqları 7 dəfə, pensiyalar isə 8 dəfə artıb. Minimum əməkhaqqının 38,5 faizə yaxın artırılması insanların sosial vəziyyətində müsbət dönüş yaradacaq. Belə ki, yeni qərara əsasən, dövlət sektorunda 450 min, özəl sektorda isə 150 min maaş alan vətəndaşın əməkhaqqı artacaq. Ümumilikdə 600 min şəxsə şamil olunacaq qərarın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon əlavə vəsait ayrılacaq. Bu böyük vəsaitin ayrılmasında qarşıya qoyulan əsas məqsəd əhalinin sosial vəziyyətinin gücləndirilməsindən ibarətdir”.

Millət vəkili bildirib ki, Azərbaycanda icra olunan layihələrin əksəriyyəti sosial xarakter daşıyır:

“İnfrasturuktur və sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı layihələr, özünüməşğullluq proqramı, DOST mərkəzlərinin yaradılması və s. birbaşa Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, ölkənin inkişafı ilə bağlı atılan addımlar davamlı olacaq. Bu mənada əməkhaqqı və pensiyaların artırılması ilə bağlı qarşıda yeni qərarlar gözlənilir”.

Qeyd edək ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Tarix
2019.02.10 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla