Yuxarı

Azərbaycanlı “sədr” Türkiyəyə qarşı kampaniya aparır - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadan qovulduğu haqda məlumat yayılan, əvvəlcə “Alman-Azərbaycan Mədəniyyət Evi”, daha sonra isə “Dünya Azərbaycanlıları Assambleyası” adlı qurum qondararaq, diaspor rəhbəri statusu ilə mövqe qazanmağa çalışan Rəşad Quliyevlə bağlı Türkiyə vətəndaşı redaksiyamıza maraqlı məlumatlar göndərib.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, Rəşad Quliyev Almaniyada uzun müddətdir Türkiyə əleyhinə təbliğat aparır. Belə ki, R.Quliyev Türkiyə əleyhinə kəskin ittihamlar səsləndirən, Türkiyə lideri Ərdoğana qarşı aksiyalarda fəallığı ilə seçilən Serap Gülerin seçki kampaniyasına qoşulub və onun qalib gəlməsi üçün çalışıb. Ancaq S.Güler tutduğu yanlış yolun “bəhrəsi”ni görüb və Almaniyada əyalət məclisi seçkilərində uğur əldə etməyib.

R.Quliyev özü də bu məğlubiyyətin S.Gülerin Türkiyə əleyhinə açıqlamaları ilə bağlı olduğunu dolayısı ilə etiraf edib.

Məsələ burasındadır ki, R.Quliyev hətta bəzi məqamlarda Azərbaycana “ağıl öyrətmək” təşəbbüsü də göstərib və Türkiyədə baş verən prosesləri bu cür dəyərləndirib:

“Türkiyə ilə münasibətlər ölkəm üçün həddindən artıq vacibdir. Biz dost ölkələr deyilik, qardaş ölkəyik. Eyni soydan, eyni kökdən gəlirik. Eyni dəyərləri, mədəniyyəti, tarixi bölüşürük. Türkiyədə Cənab Fətullah Gülən qrupu ilə Cənab Ərdoğan qrupu arasında barışmaz siyasi mübarizə gedir. Bizim hökumətimiz bu münaqişələrdən özünü kənar tutmalı, balanslı münasibət sistemini qorumalıdır. Biz yalnız beynəlxalq səviyyədə terror qruplaşması kimi tanınan və Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK ilə mübarizədə Türkiyə ilə sıx əməkdaşlıq etməliyik. Türkiyə hakimiyyətinin yanlış siyasi oyunlarına qarışmamalı, daxili siyasi intriqaların ölkəmizə ixrac edilməsinə heç bir halda imkan verilməməlidir”.

Gördüyünüz kimi, R.Quliyev əli türk qardaşlarımızın qanına batmış terrorçubaşı Fətullah Güləni hörmət və sevgi ilə anaraq ona “cənab” deyir.

Quliyevin Türkiyəyə xəyanəti bunlarla bitmir. O, Türkiyədə baş verən terror, günahsız insanların qanının tökülməsi ilə bağlı türklərə çağırış edib. Regionda supergüclərlə haqlı mübarizə aparan Türkiyə hökumətini baş verənlərin tək günahkarı adlandırıb. “Sədr” bununla da kifayətlənməyib və insanları açıq şəkildə Türkiyədə dövlət çevrilişinə səsləyib (Skrin-şot əlavə edilir – red.). Onun çevriliş arzusu “cənab” adlandırdığı Fətullah Gülənin istəyi ilə üst-üstə düşür. Burada Rəşad Quliyev öz mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur:

“Türkiyədə baş verən hadisələrlə bağlı yazılan statuslara, başsağlığı mesajlarına qatılıram. Amma şüarla danışmaq zamanı bitib. “Başın sağ olsun Türkiyə!”, “Yanındayıq”, “Acınız acımızdır!”, “Terrora lənət!”, “Allah bəlalarını versin“... Təbii ki, qardaşımın acısı acımdır. Bunu hər terror olayında təkrar etməyin nə mənası?! Ərdoğan iqtidarı Türkiyənin başını bəlalara soxdu. Sözün əsl mənasında problemdədir Türkiyə. Öz içindəki terroru bitirmədən, Misirlə, Suriya, Liviya, Fələstinlə uğraşır. Ölkəni terror poliqonuna çevirdi. Amerikanın Ortadoğu projesini həyata keçirib, Türkiyənin beynəlxalq imicini bərbad duruma saldı. Gah Əsədlə istirahət əyləncəsinə gedib mətbuata pozlar verdi, gah da Mursiyə vəkillik etdi. Fələstin məsələsi ilə bağlı Türkiyəni İsraillə “düşmən” etdi, Misirdəki iç savaşa qarışıb Misir dövləti ilə əlaqələri məhv etdi. Suriya probleminə müdaxilə edib İŞİD-ə silah verdi, sonradan türkmənləri xatırlayacaq oldu. İraqa ordu yeridib daha sonra İraqla münasibətləri bərbad duruma gətirdi. Suriya üçün İranla, regiondakı əsas partnyoru Rusiya ilə əlaqələrinə zərbə vurdu. Bir ara PKK ilə masaya otururdu, baş terroristin otağına televizora qədər qoydurmuş, ordu generallarına terrorist damğası vurub həbsə atdırmışdı. Terrorun şəhərə ayaq açmasına, silahlanıb dirçəlməsinə şərait yaratdı. Sən ölkəndə problemləri həll etdinmi ərəb dünyası ilə məşğul olursan? Kobud çıxsa da deyəcəm, ərəb dövlətlərinin canı cəhənnəmə. Minlərlə peyğəmbər gəldi, kitab göndərildi, oxuyun, adam olun deyildi. 1500 ildir ərəb “adam” ola bilmir. Dünya elmini, texnalogiyasını inkişaf etdirərkən müsəlmançılıq propoqandası aparıb Azərbaycan kimi, Türkiyə kimi dövlətlərə cahiliyyəti gətirməsi ilə geriliyə götürdülər. Allahdan bəla-filan istəməyin. 1500 ildir müsəlmandan çox bəla istəyən, eyni zamanda dua edən başqa təbəqə yoxdur. Allah bəla verməyəcək. Qarğışla da iş həll olunmayacaq. Bu işin başında yeganə çıxış yolu var. Allah-Allah deyib milyonlara sahib olan saxtakar dindar qrup AKP iqtidardan getməyincə hələ çox “Başın sağ olsun Türkiyə” deməyə davam edəcəksiniz. Bu partiya daha nələr, hansı pislikləri etməlidir ki , nəhayət, Türk milləti gerçəkləri görüb ayağa qalxsın?!”

Ən çox təəssüf doğuran məqam isə Rəşad Quliyevin bu mövqeyinin qardaş Türkiyənin bəzi dairələrində Azərbaycan dövlətinin mövqeyi kimi qəbul edilməsidir. Redaksiyamıza müraciət edən Türkiyə vətəndaşı “Azərbaycanın diaspor sədrinin” bu əməllərindən təəccübləndiyini deyir.

Türkiyə vətəndaşları hardan bilsin ki, R.Quliyevin yaratdığı qondarma diaspor təşkilatı ilə Azərbaycan dövləti, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi və vətəndaşı arasında qətiyyən əlaqə yoxdur. Təsadüfi deyil ki, “Dünya Azərbaycanlıları Assosiasiyası” adlı quramanın təqdimatında Azərbaycan Dispor Komitəsinin heç bir rəsmisi və Almaniyada Dispor Komitəsinə bağlı olan heç bir qurum iştirak etməmişdi.

R.Quliyevin əxlaq və mənəviyyat baxımdan necə yarımçıq olmasını onun xaricdə yaşayan “söyüş maşınları” ilə yanaşı addımlamasına baxanda görmək olar. Belə ki, qondarma sədr daim Azərbaycan əleyhinə çıxışlar edən və səsləndirdiyi küçə sözləri ilə hətta yerli müxalifətdə də ikrah doğuran şəxslərin – Orduxankimilərin yanındadır.

Açığı, insanların pulunu mənimsəyərək Almaniyada kef çəkən bu adamın ağbirçək anasını düşünməməsi, onu borc sahibləri ilə üz-üzə qoyması bu adamın təkcə vətəndaş yox, həm də övlad kimi xeyirsiz, keyfiyyətsiz biri olduğunu gözlər önünə sərir (Anasının borc yiyələri ilə videosudur).

“Yalan ayaq tutar, amma yeriməz”, - deyib atalar. Doğrudan da Rəşad Quliyevin bütünlüklə yalan və mənəviyyatsızlıq üzərində qurduğu planlar alt-üst oldu və Almaniya hökuməti onu deportasiya etdi.

Min bir yalanla, saxtakarlıqla Almaniyanı özünə vətən etmək istəyən Rəşad Quliyev indi vətənsiz qalıb. Vətəninə xəyanət edənlərin aqibəti belə olur.

Tarix
2019.02.12 / 09:19
Müəllif
Axar.az
Oxunub
22 851
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla