Yuxarı

Tehran, Ankara və Moskva Suriyanı “bölüşdürür” – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hər kəsin öz marağı var. Bu maraqlara ərazi maraqları da daxildir. Onlar Suriyadakı hərbi vəziyyətə birlikdə nəzarət edəcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında Suriya ilə bağlı fevralın 14-də Soçi şəhərində keçiriləcək Türkiyə-İran-Rusiya üçtərəfli sammiti barədə danışarkən Xəzər-Avrasiya Mərkəzinin rəhbəri, rusiyalı politoloq Andrey Sızranov deyib. Onun sözlərinə görə, tərəflər artıq çoxdandır Suriyanın təsir dairələrinə bölünməsi ilə bağlı danışıqlar aparır.

“Hərçənd, amerikalıların çıxması prosesi hələ uzun müddət gedəcək və onlar mütləq İraqda qalacaqlar. Oradan isə Suriyaya müdaxilə edəcəklər”, - ekspert bildirib.

Ekspertin fikrincə, İran müharibədən sonrakı Suriyada təsirinə görə lider olmağa ümid edir, Türkiyə şimal ərazilərinə, Rusiya isə Aralıq dənizi sahillərinə nəzarət etmək niyyətindədir.

Politoloqun sözlərinə görə, Soçi sammiti çərçivəsində liderlərin ikitərəfli görüşlər keçirməsi ehtimalı yüksəkdir:

“Rusiya və Türkiyə rəhbərləri ikitərəfli görüşəcəklər. Birgə iqtisadi layihələrin müzakirəsi mümkündür. Putin və Ərdoğan Suriya iqtisadiyyatının bərpası üçün yardım və hər bir ölkənin bu mövzuda iştirak dərəcəsini müzakirə edəcəklər”.

Tarix
2019.02.11 / 14:59
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla