Yuxarı

Putinin köməkçisindən Rusiya ilə bağlı sensasion iddia: Atatürk...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:44

Rusiya Prezidentinin köməkçisi Vladislav Surkovun “Nezavisimaya qazeta”da dərc olunan “Putinin gələcək üçün qurduğu əbədi sistem” adlı genişhəcmli yazısı Rusiya cəmiyyətinə və beynəlxalq aləmə mesajdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, yazıda xeyli pafos olsa da, görünür, Putin oxuduqdan sonra onun dərcinə icazə verib:

“Birincisi, Surkov yazır ki, Putinin qurduğu dövlət əbəbidir və gələcəkdə bu dövlət Putinin formalaşdırdığı irsi davam etdirəcək. Surkov nümunə kimi Fransada Şarl de Qollun adı ilə bağlı olan “5-ci respublikaya” istinad edir və Rusiyanın 4 quruluşdan keçdiyini bu şəkildə sıralayır: “XV-XVII əsrlərin Böyük Moskva knyazlığı, Böyük Pyotrun Rusiya İmperiyası, Leninin qurduğu SSRİ və Putinin Rusiyası”. Başqa sözlə, Surkov Rusiyanın gələcəyinin elə Putin irsində də dayanacağına inanır.

İkincisi, Surkovun fikrincə, hazırda Qərb ölkələrində “dərin dövlət” var, ancaq Rusiyada yoxdur. Yəni Rusiyada kimsə Putinə içəridən nəsə diktə edə bilməz. Putin ideologiyasının gələcəyə hədəfləndiyini deyən Surkov Rusiyada hakim zümrədə deyil, xalq içərisində dərin dövlətçilik olduğunu iddia edir. Yəni Surkov bir növ demək istəyir ki, Qərb sistemlərindən fərqli olaraq, Putin sistemi məhz xalq hakimiyyətidir.

Üçüncüsü, Surkov Qərb demokratiyasının yalançı olduğunu, əslində bunun görüntü xarakteri daşığıdığını vurğulayır. O, faktiki Rusiyada antidemokratik idarəetməyə haqq qazandırır. Təsadüfi deyil ki, həmin Surkov bir neçə il əvvəl Rusiya üçün “suveren demokratiya” prinsipini irəli sürmüşdü. Yəni Rusiya demokratiyası ənənəvi Qərb demokratiyasına bənzəmir.

Beləliklə, Surkov Rusiyada gələcəkdə də Putin sisteminin alternativi olmadığını sübut etməyə çalışır. Əlbəttə, Boris Yeltsinin prezident olduğu dövrdən fərqli olaraq, Putin dövrü daha sakit və nisbətən rəvandır. O da həqiqətdir ki, Putin vaxtilə Çeçenistanı ram edərək ölkəsində separatizm meyillərinin qarşısını aldı. Ancaq Yeltsinin dövründə Rusiyanın bu qədər rəqibi və düşməni yox idi. Putin təkdir, qarşısındakı güclər isə daha böyük və çevikdirlər. Ona görə də Surkovun Putin sisteminin gələcəyinə nikbin baxışı sırf ideoloji baxışdır. Bu yazını həm də belə oxumaq olar: “Putinin gedişinə hazırlaşın, ancaq irsi daim yaşayacaq”.

Surkov qeyd edib ki, Putinin siyasi maşını yeni sürət əldə etməyə başlayıb və qarşısına maraqlı və çətin məqsəd qoyub:

"Bu maşının tam həcmə çatması üçün hələ çox vaxt var. Türkiyə əvvəldən olduğu kimi Mustafa Kamal Atatürkün 6 ox ideologiyasını dəstəkləyir, ABŞ da hələ də qurucu atalarının dəyərlərini əsas götürür, uzun illər sonra Putinin dövləti olacaq".

Tarix
2019.02.11 / 19:34
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla