Yuxarı

Zahid Orucun hansı proqnozuna qeyri-ciddi yanaşıldı? - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zahid Oruc çox hazırlıqlı və intellektual bir adamdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli millət vəkili Zahid Orucun ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Sosial Təhqiqatlar Mərkəzi İdarə Heyətinin sədri təyin olunmasına münasibət bildirərkən deyib. O bildirib ki, Zahid Oruc tələbə vaxtı da öz yaşıdlarından analitik qabiliyyətinə, çalışqanlığına görə hər zaman fərqlənib:

“Zahid Oruca 1 il dərs demişəm. Onun bu sahəyə tələbəlik dövründən həvəs göstərdiyini söyləyə bilərəm. İnanıram ki, o, tapşırılan işin öhdəsindən layiqincə gələcək. Zahid Oruc ətrafına peşəkar sosioloqlar, ictimai rəyi öyrənmək üzrə peşəkar adamları yığsa və bu sahədə olan təcrübəsini tətbiq etsə, şübhəsiz, yüksək uğurlar qazanacaq. Sözün həqiqi mənasında o, enerjili, təşəbbüskar və texniki təhsilinə baxmayaraq, sosial sferada kifayət qədər böyük təcrübə qazanmış şəxsdir. Zahid Orucun ortaya pozitiv nəticələr qoyacağına şübhə etmirəm”.

Politoloq Elxan Şahinoğlu da bu təyinatı uğurlu hesab edir:

“Zahid Oruc parlamentdə də ən aktiv millət vəkillərindən biridir. Hər zaman müxtəlif proqnozlarla çıxış edir və onun proqnozları çox vaxt özünü doğruldur. Düz çıxan proqnozlarından birini xatırladım. Keçən ilin dekabrında Zahid Oruc prezident seçkilərini erkən keçirməyin lazım olduğunu qeyd etmişdi. Bunu hansısa xarici mərkəzlərin planlarını pozmaq üçün etməyin vacibliyini vurğulamışdı. O zaman onun bu fikri tənqidi qarşılanmışdı, hətta parlamentin özündə də bəzi millət vəkilləri Zahid Orucun bu fikri ilə razılaşmadı və bu fikrə qeyri-ciddi yanaşdı. Amma gördüyünüz kimi, Zahid Orucun proqnozu düz çıxdı və prezident seçkiləri vaxtından əvvəl keçirildi. Bu, Zahid Orucun informasiya təhlilləri nəticəsində irəli sürdüyü proqnozlarından sadəcə biridir”.

Politoloq vurğulayıb ki, əsas məsələ bu işin necə qurulacağıdır:

“Düşünürəm ki, bura peşəkar mütəxəsislər cəlb olunacaq və Zahid Oruc bununla bağlı müxtəlif addımlar atacaq. Bu mərkəzdə müstəqil fikirli insanlar olmalıdır ki, reallığı ortaya qoymağı bacarsınlar. Zahid Oruc peşəkar komandanı yığa bilsə, mərkəzin işi kifayət qədər uğurlu alınacaq”.

Politoloq İlqar Vəlizadə də Zahid Orucun bu işin öhdəsindən gələcəyini düşünür:

“Zahid Orucla şəxsən tanışlığım yoxdur, sosial şəbəkələr və KİV-də onun açıqlamaları və müsahibələrindən bu qənaətə gəlmək mümkündür ki, o, kifayət qədər fəal deputatdır. Xüsusilə onu “Medianın dostu” fa adlandırmaq mümkündür. Millət vəkilinin KİV-lərlə olan münasibəti yeni vəzifəsində də onun əsas köməkçilərindən olacaq. Çox müsbət haldır ki, onun haqqında heç vaxt hansısa sualdan qaçması ilə bağlı KİV-də məlumat yoxdur. Bu cür ictimai fəal insanların vəzifələrdə yer alması apardığı işlərin keyfiyyətinə də köməklik göstərəcək”.

Politoloq qeyd edib ki, bütün hallarda rəhbər vəzifələrə mobil, çevik insanlar lazımdır:

“Əsas məsələ odur ki, bu cür beyin mərkəzləri insanlarla, cəmiyyətlə paralel işlər qurmalı və cəmiyyətə təhlil xarakterli informasiyalar ötürməlidir. Bəzi məxfi və başqa məqsədlərdə istifadə olunacaq hər bir informasiyanın cəmiyyətə ötürülməməsi başa düşüləndir. Amma bütün hallarda cəmiyyətin, insanların rəyinin nəzərə alınması və bu cür beyin mərkəzlərinin fəaliyyətindən insanların daim məlumatlandırılması lazımdır”.

Tarix
2019.02.12 / 12:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla