Yuxarı

Prezident Saray nənə ilə görüşündən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüş məndə də böyük təəssürat doğurdu, böyük iz buraxdı.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Real TV-yə müsahibəsində Şamaxıda görüşdüyü Saray nənənin hələ də bu görüşün təsiri altında olması barədə Mir Şahinin sualını cavablandırarkən deyib.

“Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə əks etdirir. Saray nənə kimi analar, nənələr bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olubdur. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyər – məncə, bu belədir. Çünki evi dağılmış, 92 yaşında bir qadındır, amma Saray nənədə nə qədər nikbinlik var, nə qədər inam var ki, dövlət onun yanında olacaq!

Mən, sözün düzü, Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacam. Mən zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, ordakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu gördüm; biz nə qədər öz xalqımızla fəxr edə bilərik... Ən ağır vəziyyətdə - evi uçub, heç bilmirdi kimsə köməyinə gələcək, ya gəlməyəcək, evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox... – amma nə qədər bu insanda inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Və biz əsrlər boyu bir xalq kimi, millət kimi inkişafımızda Saray nənələrə borcluyuq.

Bu görüş məndə də böyük təəssürat doğurdu, böyük iz buraxdı. Ümid edirəm ki, Saray nənə ilə bir daha görüşəcəm və onun yeni evinin açarını ona təqdim edəcəm”.

Tarix
2019.02.12 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla