Yuxarı

BDU-nun yeni rektoru nələr edir? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:45

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetində rektor əvəzi vəzifəsini icra etməyə başladıqdan sonra ali təhsil ocağında imtahan nəticələrinin təkrar yoxlanılması ləğv edilib. Əvvəlki rektorun dövründə isə qrupda kəsir olmayanda yazılar 2, bəzən 3 dəfə yoxlanılırdı.

Axar.az xəbər verir ki, bu barədə sözügedən universitetin müəllimlərindən biri məlumat paylaşıb. O, F.Qurbanovun bu vaxta qədər tələbələrin xeyrinə gördüyü işlərdən danışıb:

“İmtahanların cavabı 1 gün sonra elan olunmağa başlayıb. Bundan öncə isə imtahan cavabları bəzən 10-15 günə çıxırdı. Apellyasiya şikayəti nəticəsində xeyli tələbənin qiyməti düzəldilib. Təkcə mən 10-a yaxın tələbənin balını artırmışam. Əvvəlki rektorun dövründə heç kimin qiyməti düzəlməzdi. Bu, yalnız digər vasitələrlə mümkün idi. Doktoranturaya öz biliyi ilə qəbul olmaq mümkün olub. Sənəd qəbulunda olan süni maneə əvvəlki rektorun vaxtından qalmışdı. İmkanlı və yüksək vəzifəli şəxslərin oxumadan A alan övladları kəsildi. Əvvəlki rektorun dövründə tapşırıq və digər vasitələrlə A alan tələbələr kəsilib və ya onlardan bəziləri artıq oxumağa başlayıb. Tələbə və müəllimlərin bütün müraciətlərinə dərhal və humanizm prinsipləri əsasında baxılmağa başlayıb”.

Qeyd edək ki, BDU-nun rektoru A.Məhərrəmov vəzifəsindən azad edildikdən sonra F.Qurbanov 2018-ci ilin dekabrında rektor əvəzi təyin edilib.

Tarix
2019.02.13 / 14:54
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla