Yuxarı

Ermənilərin daxilində Qarabağ müharibəsi gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 10 aydan çox bir müddətdə Dağlıq Qarabağ münaqişəsi qondarma rejim və Ermənistan arasında problemə çevrilib. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, XX əsrin başlanğıcından etibarən ermənilər üçün Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub:

“Birinci Ermənistan respublikası qurulduğu illərdən etibarən Dağlıq Qarabağ məsələsi Ermənistan dövləti və erməni diasporu arasında hər zaman birləşdirici ünsür rolunu oynayıb. Ancaq paralel olaraq da bu məsələ müxtəlif illərdə Dağlıq Qarabağ və diaspor erməniləri arasında zaman-zaman fikir ayrılığına gətirib çıxarıb. Ermənistan müstəqilliyini elan etdikdən 2018-ci ilin may ayına qədər Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın daxili ictimai, təhlükəsizlik və xarici siyasətində ciddi qırılma nöqtəsi olmamışdı. Levon-Ter Petrosyanın Dağlıq Qarabağ probleminin hər iki dövlətin mənafeyinə uyğun şəkildə həll olunması ilə bağlı təşəbbüsü istisna təşkil edir. Ermənistanın ikinci və üçüncü prezidentləri - Robert Köçəryan və Serj Sərkisyan hər zaman bu məsələdən Ermənistan və Dağlıq Qarabağ ermənilərinin, eləcə də diasporun ortaq məxrəcə gəlmələri yönündə istifadə edib. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra istər Ermənistan, istərsə də bölgə mətbuatında (Rusiya) Paşinyanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində bu günə qədər formalaşan müzakirələr kontektsindən fərqli bir aspektdən məsələyə yanaşması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Əslində Paşinyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiyə qədər verdiyi bəyanatlara diqqət yetirdikdə, onun o qədər də konstruktiv mövqe nümayiş etdirmədiyini görmək mümkündür. Ancaq bəzi mənbələr Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində müzakirələrdə müəyyən yeni nüanslar ortaya atdığını iddia edir. Əlbəttə, bu iddialar Ermənistan mətbuatında və qondarma rejimdə müxtəlif aspektlərdən müzakirə edilir”.

Politoloq qeyd edib ki, son 20 ildə Ermənistanda hakimiyyətə gələnlər əsasən Dağlıq Qarabağ klanının nümayəndələri idi:

“Onlar hakimiyyətdə olduğu müddətdə qondarma rejimlə ciddi problemlər yaşamırdı. Paşinyan diasporu təmsil etmir, Ermənistanda doğulub və Ermənistan vətəndaşıdır. Onun Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi müxtəlif bəyanatlar və səsləndirdiyi fikirlər qondarma rejimdə birmənalı qarşılanmır. Eyni zamanda Paşinyanın Dağlıq Qarabağ ermənilərinin Ermənistanda hakimiyyətinə son verməsi qondarma rejimdə narahatlıq yaradıb. Çünki onlar 1998-2018-ci illər ərzində öz nümayəndələrini Ermənistanda ən yüksək zirvədə görürdülər və problemin həll olunması istiqamətində həmişə qarşılıqlı anlayış və razılaşmanın mövcud olduğunu iddia etmək mümkün idi. Paşinyanın mütəmadi olaraq Dağlıq Qarabağa səfər etməsi, qondarma rejimin “rəsmiləri” ilə görüşməsi həm separatçı rejimdə, həm də Ermənistanda problemin həll olması istiqamətində fərqli baxışın ortaya çıxmasını göstərir. Əlbəttə, Dağlıq Qarabağ probleminin həll olunması bölgə dövlətlərinin sosial, iqtisadi və təhlükəsizlik mühitinin güclənməsinə təkan verə bilər. Amma nə Ermənistan, nə də “dqr” problemin sülh yolu ilə həll olunması istiqamətində ciddi iradə nümayiş etdirir”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağa ən geniş muxtariyyət verməsi şərti ilə problemin həll olunması üçün cəhdlər edir:

“Amma qarşı tərəf buna yaxın durmur. Bu gün Paşinyanın dilə gətirdiyi fikirlər qondarma rejimdə və Ermənistanın daxilində milliyyətçi təşkilatlar və qruplar tərəfindən birmənalı qarşılanmır. Onlar Paşinyanı Dağlıq Qarabağ məsələsinin həll olması istiqamətində ölkənin maraqlarını güdaza verən siyasət həyata keçirməkdə ittiham edir. Bu gün çox büruzə verilməsə də, əslində qondarma rejimin, Ermənistanın, eyni zamanda diaspor təşkilatlarının Dağlıq Qarabağ problemi ətrafında fərqli baxışları ortaya çıxıb. Bu iddialardan hansının daha qabarıq şəkildə ortaya çıxacağını qarşıdakı aylarda məsələnin həll olunması istiqamətində tərəflərin siyasi iradə nümayiş etdirməsi zamanı görmək mümkün olacaq”.

Tarix
2019.02.13 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla