Yuxarı

Bakı balanslı siyasət aparmır: hədəfimiz... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident balanslı siyasətdən imtina etdiyimizi söyləmədi. Balanslaşdırılmış siyasət ifadəsinin özü bir çox hallarda tam reallığı əks etdirmir. Yəni biz müxtəlif güc mərkəzləri arasında manevr etmək, balans saxlamağa məcbur deyilik. Bizim üçün hər şeydən öncə milli maraqlar, milli mənafe, xalqımızın istək və arzularıdır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində balanslaşdırılmış siyasətlə bağlı çıxışına münasibət bildirən millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Prezident İlham Əliyev müsahibəsində daxili siyasətlə yanaşı xarici siyasət məsələlərinə də diqqət ayırdı:

“Bu konteksdə ölkə başçısı bəzi xarici mətbu orqanlarda, ekspert camiəsində Azərbaycanın balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparması, balans axtarması ilə bağlı yayılan yanlış fikirlərə də münasibət bildirdi. Ölkə başçısının da qeyd etdiyi kimi, biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Yəni xarici siyasətimizdəki bütün addımlar buna istiqamətlənib. Xarici siyasət daxili siyasətin davamıdır. Bizim daxili siyasətdə qazandığımız uğurlar, xarici siyasətdə mövqelərimizi beynəlxalq aləmdə möhkəmləndirməklə tamamlanır. Bu da nəticə etibarı ilə Azərbaycanı daha da gücləndirir. Bu konteksdə ölkə başçısı məhz milli maraqlardan çıxış edərək, Azərbaycanın həm ikitərəfli, həm üçtərəfli, həm də çoxtərəfli münasibətlər formatının formalaşdığına diqqət ayırdı, göstərdi ki, qonşularla münasibətlərimiz prioritet istiqamətdir (Ermənistan istisna olmaqla)”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan bu gün çox mühüm layihələrin əsas iştirakçısına çevrilib:

“Məhz qonşularla bizim mehriban münasibətlərimiz sayəsində bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində Cənubi Qafqazdan iştirak edən yeganə ölkədir. Eyni zamanda, bu gün Azərbaycan Avrasiya nəqliyyat qovşağının mühüm mərkəzinə çevrilib. Bu da bizim tarixi nailiyyətlərimiz sırasındadır. Şübhəsiz ki, Azərbaycan milli maraqlara söykənən siyasəti nəticəsində ciddi nüfuz qazanıb. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının 16 raund səsverməsindən sonra 155 dövlətin səsini qazanaraq bu quruma üzv seçilməsi, iki dəfə ona sədrlik etməsi bizim tarixi uğurumuzdur. Bu il isə Azərbaycan 3 il ərzində dünyanın BMT-dən sonra 2-ci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Paytaxtımızda bu quruma üzv olan dövlətlərin rəhbərlərinin böyük sammiti keçiriləcək. Təşkilat BMT-nin üzvlərinin 2/3-ni özündə birləşdirir. Bu həm də bizim BMT-də mövqelərimizin güclənməsi üçün vasitədir. Hesab edirəm ki, bütövlükdə milli maraqlara söykənən siyasətimiz Azərbaycanın dünyada dostlarının da sayını artırıb. Bu siyasət sayəsində Azərbaycan heç bir siyasi avantüralara qoşulmur, milli maraqlara zidd olan proseslərdə iştirak etmir. Bu isə Azərbaycana olan rəğbəti artırır. Bu gün Azərbaycan sözün həqiqi mənasında təkcə regionun lideri deyil, eyni zamanda, dünyada beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən ölkə imicinə malikdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Real TV-yə müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan dövlətinin daxili və xarici siyasəti, ölkənin inkişaf istiqamətləri, həyata keçirilən tədbirlərin məqsədi və əhəmiyyəti və bir sıra digər aktual məsələlər barədə danışıb.

Tarix
2019.02.14 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla