Yuxarı

Bunu siyasi manevrlərlə etmək mümkün deyil – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin fəaliyyətini izləyənlər, onun həm dövlət başçısı seçildikdən sonra, həm də ondan əvvəl xarakterik cizgilərinə bələd olan insanlar şübhəsiz ki, İlham Əliyevin nə qədər səmimi, xalqa yaxın olduğunu bilir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, son proseslər Prezidentin xarakterik cizgilərinin önə çıxmasının daha bir nümunəsidir:

“Mən Prezident İlham Əliyevin 1990-cı ilin yanvarın 21-də ümumilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyində keçirdiyi məşhur brifinqə gəlişini xatırlatmaq istərdim. Onun öz həyatını, karyerasını təhlükəyə ataraq, atası ilə birlikdə insanlarla olan ünsiyyəti hər kəsin diqqətini cəlb etmişdi. Həmin kadrları izləyən insanlar əslində onun portret cizgilərini özləri üçün müəyyənləşdirə bilər. Yəni insanın xarakteri onun müəyyən yaş mərhələsindən sonra daha qabarıq şəkildə nəzərə çarpır. Dövlət başçısı hər zaman xalqa yaxın olub. Bundan öncə də ölkə başçısının şəhid ailələri, qaçqın və məcburi köçkünlər, eləcə sadə vətəndaşlarla keçirdiyi görüşlərdə onun xarakterinin səmimi cizgiləri, insanlara olan qayğıkeş münasibəti hər zaman nəzərə çarpıb. Təbii, cənab Prezidentin Beyləqanda keçirdiyi görüş zamanı vətəndaşlarla birgə mahnı ifa etməsi hər kəsdə çox xoş təəssürat yaratdı. Əslində bununla ölkə başçısı bir daha insanlara olan səmimi münasibətini, xalqın içərisindən gələn adam olduğunu nümayiş etdirdi. Xatırlayırsınızsa, bu kadrlarda Ümumilli liderin də xarakterinə xas olan cizgilər var idi. Onun da bir neçə dəfə mahnı ifa etməsinin şahidi olmuşuq. Xüsusilə “Alagöz” mahnısını ifa etməsini hər kəs xatırlayır. Eləcə də Heydər Əliyevin mədəniyyət, incəsənət aləminin nümayəndələri ilə görüşləri, həmin görüşlərdəki səmimi dialoqları unudulmazdır. Onun xüsusilə vaxtı ilə mərhum şair Qabillə çox maraqlı bir zarafatları olmuşdu. Bu gün də o incə yumor diqqətlə izlənilir”.

Analitik vurğulayıb ki, siyasət adamı əslində onun üçün çəkilmiş sərhədlər çərçivəsinə sığan düşüncə tərzi olan insan deyil:

“Söhbət böyük siyasət adamlarından gedir. Onlar əslində sadə insanlarla sadə davranır, mürəkkəb proseslərdə özünün xarakterik cizgilərini ortaya çıxarır, dövlətin mənafeyini qorumaqla bağlı məsələ ortaya çıxanda sərt rəftar edir, milli maraqları, təhlükəsizlik məsələlərini həll etmək lazım gələndə bəzən daha qəddar olur. Bu, böyük siyasət adamlarına xas olan cizgilərdir ki, bu cizgilər də şübhəsiz ki, Azərbaycan Prezidentinin portretində tamamilə cəmləşib. Biz Azərbaycan Prezidentinin timsalında, onun 15 il ərzindəki, həm də bütövlükdə son zamanlardakı fəaliyyətində Azərbaycan xalqına xas olan, min illərdən keçib gəlmiş bütün mənəvi dəyərlərin necə öz əksini tapdığının şahidi oluruq. Azərbaycan Prezidenti bir dövlət adamı, siyasət adamı olmaqla yanaşı, həm də bir azərbaycanlıdır. Bu faktor onun nitqində də, seçdiyi ifadələrdə də özünü açıq şəkildə büruzə verir. Onun Azərbaycan dilində bu qədər mükəmməl danışması, öz fikrini ifadə etməsi, səsləndirdiyi fikirlərin tutduğu mövqedən, intellektual səviyyəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən anlaşılması da Prezidentin üstün cəhətlərini nümayiş etdirir və onun Azərbaycana, Azərbaycan dilinə, Azərbaycan xalqına, mənəvi dəyərlərə nə qədər bağlı olduğunu göstərir. Bu aspektdən son hadisələr bir az da ölkə başçısına məxsus cizgilərin daha qabarıq şəkildə ortaya çıxmasına zəmin yaratdı”.

Analitikin sözlərinə görə, Şamaxıda, Beyləqanda, eləcə də şəhid ailələri ilə keçirdiyi görüşlər zamanı gözlənilmədən ortaya çıxan məqamlarda oradakı insanların Prezidentə münasibəti, onların üzündəki təbəssümü, gözlərindəki sevgini görməmək mümkün deyil:

“Bunlar elə məqamlardır ki, onları siyasi manevrlərlə və yaxud kimlərinsə istiqamətləndirməsi ilə ortaya çıxartmaq olmaz. Bunlar insanın içindən gələn hisslərdir. Son hadisələrdə Azərbaycan xalqının öz prezidentinə içdən sevgi ilə yanaşması hər kəsin gözü qarşısında bir daha sərgiləndi”.

Tarix
2019.02.14 / 12:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla