Yuxarı

Avropa ölkələrinə sadələşmiş viza ilə gedəcəyik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqına ən çox lazım olan dövlətlərdən biridir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dair çıxışını şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Azərbaycanla Avropa İttifaqına daxil olan 9 ölkə arasında sıx strateji əməkdaşlıq sənədləri var və hazırda tərəflər bundan irəli gələn məsələləri layiqincə yerinə yetirirlər:

“Bu o deməkdir ki, Azərbaycanla Aİ-yə daxil olan ölkələrin üçdə biri arasında dolğun, yüksələn xətt üzrə inkişaf tendensiyaları var. Azərbaycanın bütövlükdə Aİ ilə münasibətlərə də malikdir. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. İndi əsas məsələ assosiativ sazişin imzalanmasıdır. Ancaq bəzi Avropa dairələri milli maraqlarımıza toxunan şərtlər irəli sürür, Azərbaycanı qara piar kampaniyası ilə əhatə etməyə çalışırdılar. Ona görə də Avropa Parlamentində ölkəmizə qarşı əsasız irəli sürülən iddialar Azərbaycanda birmənalı qarşılanmırdı. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan Prezidenti həmin avropalı parlamentariləri yerinə otuzdurdu. Avropa İttifaqı məhz bu kritik dövrü yaşayandan sonra anladı ki, Azərbaycanla diktat dili, təzyiq metodu ilə davranmaq mümkünsüzdür. Ona görə də onlar antiazərbaycan siyasətindən geri çəkildilər. Bu, ölkə başçısının böyük diplomatik nailiyyətidir”.

Politoloq hesab edir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələsi hər iki tərəfin xeyrinə olacaq:

“Bu gün Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqına ən çox lazım olan dövlətlərdən biridir. Çünki birincisi, Azərbaycanın coğrafi məkanda qərar tutduğu yer Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən Azərbaycanda artan iqtisadiyyat var, ölkəmiz biznesin inkişafına görə dünyada 25 yerdə qərarlaşıb. Bu isə Azərbaycanda böyük investisiya imkanlarının olması anlamına gəlir. Təsadüfi deyil ki, Azərbaycan qonşu dövlətlərə yatırımlar edir. Bütün bu məqamların hamısı qeydə alınır və Avropa İttifaqı Azərbaycanla qeyd-şərtsiz münasibətlərin labüdlüyünü artıq dərk edir. Azərbaycan bu cür təmasları müsbət qarşılayır, hazırda danışıqlar və məsləhətləşmələr gedir. Bu mənada sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və digər bir sıra problemlər tezliklə həllini tapacaq”.

Tarix
2019.02.14 / 13:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla