Yuxarı

Vəzifəsini itirənlər niyə xəstələnir? – Psixoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dönəmlər yüksək vəzifədə çalışan məmurlarımız vəzifədən azad edildikdən sonra tez-tez səhhətlərindəki problemlərlə gündəmə gəlirlər. Artıq bu, demək olar ki, işdən azad edilən bütün məmurlar üçün ənənə halını alıb.

Axar.az xatırladır ki, sonuncu belə məlumat BDU-nun sabiq rektoru Abel Məhərrəmov haqqında yayılıb. Sabiq rektorun səhhətində ciddi problemlər yarandığı üçün Mərkəzi Klinik Xəstəxanasına aparıldığı bildirilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən tanınmış psixoloq Gülnar Orucova qeyd edib ki, yüksək vəzifədə çalışan şəxslər qızğın iş şəraiti səbəbi ilə vəzifə müddətində səhhətlərində yaranan problemlərdən özləri belə xəbərsiz olur:

“Hər hansı bir yerdə müdir vəzifəsində çalışmaq işçi olmaqdan daha çətindir. Çünki rəhbər vəzifədə çalışanlar məsul şəxs olduqlarından onların üzərində məsuliyyət daha çox olur, yəni artıq onlar bir neçə insana görə məsuliyyət daşıyırlar və işləri daha çox vaxtlarını alır. Hər hansı qurumun və ya müəsissənin rəhbərləri işi ön planda saxladıqları üçün şəxsi həyatlarına və səhhətlərinə elə də vaxt ayıra bilmirlər. Qızğın iş rejimində çalışdıqları üçün bəzən səhhətlərində yaranan problemləri gözardı edirlər və vaxtında həkimə müraciət etmirlər. Həmin şəxslər bir müddət sonra vəzifədən azad edildikdən sonra nəhayət, səhhətləri ilə maraqlana bilirlər və bəzən elə olur ki, ciddi problemlər də elə bu zaman ortaya çıxır”.

Psixoloq onu da qeyd edib ki, bəzi insanlarda xəstəliklər və depressiya yüksək vəzifəni itirdikdən sonra da yarana bilir:

“Bəzən insanlar elə düşünür ki, vəzifədə olmaq gözəldir. Düzdür, sosial və müəyyən statusların əldə edilməsi üçün vəzifə önəmlidir. Lakin vəzifəyə çox bağlı olmaq da insanlarda müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bu cür insanlar daim vəzifədə qalacaqlarını və daha da yüksək vəzifə sahibi olmağı planlaşdırdıqları üçün vəzifədən azad edilməyi asanlıqla qəbul etmirlər. Belə olan halda onlar ağır depressiya ilə üzləşirlər. Əslində isə vəzifədən azad olunmağı və yaxud aşağı vəzifəyə təyin edilməyi qəbul etmək insanların psixologiyasına bağlı olan məsələdir. Belə insanların psixologiyası normal olmalıdır ki, onlar bu kimi neqativ halların öhdəsindən gələ bilsin. Realist olmayan şəxslər vəzifədən azad edildikdən sonra hətta onlarda intihar etmək hissi belə olur. Bununla yanaşı vəzifədən azad edilən şəxslərdə bəzən sosial mühitdən uzaqlaşmaq, xəstəliklərə yaxalanmaq və bu kimi mənfi hallara rast gəlinir”.

Tarix
2019.02.14 / 16:17
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla