Yuxarı

Bakının strategiyası: balanslı, təkvektorlu, yoxsa... - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir dövlət siyasətinin mərkəzində mütləq millətin, xalqın maraqları dayanmalıdır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Real TV-yə müsahibəsində balanslaşdırılmış siyasətlə bağlı çıxışına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, əsasında milli maraqlar dayanmayan siyasət kosmopolit siyasətdir:

“Bu cür siyasət millətin maraqlarına xidmət edə bilməz. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin “biz milli maraqlara söykənən siyasət həyata keçiririk” fikri kifayət qədər əsaslandırılmış, düzgün, dövlətçiliyin maraqlarına uyğun ifadədir. Amma milli maraqlara söykənən siyasət çoxvektorlu, təkvektorlu və yaxud da tarazlaşdırılmış siyasət məfhumunu inkar etmir. Elə ola bilər ki, formalaşmış reallıqlar çoxvektorlu və bunun bir forması olan tarazlaşdırılmış siyasəti həyata keçirməyi tələb etsin. Müəyyən tarixi şəraitdə Milli lider Heydər Əliyevin dövründə tarazlaşdırılmış çoxvektorlu siyasətin həyata keçirilməsi məqbul sayılırdı. Avrointeqrasiya məsələləri ilə yanaşı Rusiya ilə də yaxın dostluq və qonşuluq siyasətinin həyata keçirilməsi tarazlı surətdə aparılırdı. Məsələn, biz MDB-yə daxil olduq, bundan bir qədər sonra Avropa Şurasına üzv olduq və avrointeqrasiya məsələlərini sürətlə apardıq. Azərbaycan öz ordusunu NATO standartlarına uyğun şəkildə qurdu, buna paralel olaraq, ordunun hərbi potensialını artırmaq üçün Rusiyadan silahlar aldı. Yəni bütün bunların hamısı dövlət və milli maraqlar çərçivəsində həyata keçirilir. Rusiyadan silah almaq ordunu NATO standartlarına uyğun olaraq qurmağı inkar etmir. MDB ilə eyni zamanda Avropa Şurasına daxil olmaq bir-birinə mane olmur. Bu, Azərbaycanın suveren hüquqları idi. Bu hüquqlar milli və dövlətçilik maraqlarından irəli gəlirdi”.

Politoloq vurğulayıb ki, Azərbaycan Qərbin enerji təminatında çox yaxından iştirak edir:

“Bununla yanaşı Rusiya məsələsinə hər zaman dayanıqlı yanaşır. Azərbaycan Avropa məkanına, Qərb dünyasına inteqrasiya etmək məsələsini də hər zaman diqqətdə saxlayıb. İstər tarazlaşdırılmış, çokvektorlu siyasət, istərsə də təkvektorlu siyasətlərdə hər zaman milli və dövlət maraqları ön plana çəkilir. Azərbaycan hələ ki, təkqütblü siyasət həyata keçirməyib. Azərbaycanın seçdiyi siyasi xətt hər zaman uğur qazanır”.

Tarix
2019.02.14 / 16:51
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla