Yuxarı

Orduxanlının bu paylaşımı 130 min oxundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “söyüş kampaniyası”nı davam etdirən və Avropada oturan bəlli insanlar mənəviyyatca çox kasad, əxlaq normalarına riayət etməyən, dəyərləri olmayan adamlardır. Konkret olaraq Orduxan Teymurxan, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli, İnqilab Kərimov, Tural Sadıqlı və digərlərinin adını çəkirəm. Çünki normal mənəviyyata sahib olan, ailə tərbiyəsi görmüş bir şəxsiyyət heç bir halda kiminsə ailəsi haqqında təhqir işlətməz.

Bunu Axar.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, istimai fəal Niyaməddin Orduxanlı deyib. BAXCP rəsmisinin sözlərinə görə, min illərdir formalaşmış Azərbaycan xalqının, türkünün, kişisinin dəyərləri toxunulmazdır:

“Bu çirkin kampaniyadan mənə qarşı da istifadə edirlər. Bir müddət öncə Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hazırda hərbi xidmətini davam etdirməsini əks etdirən foto ilə radikal müxalifətin lideri sayılan Əli Kərimlinin oğlu Türkel Kərimlinin fotosunu yaymış və nəticə çıxarmağı oxucuya buraxmışdım. Bu müqayisə çox böyük maraqla qarşılandı və başda Axar.az olmaqla, saytların xəbərinə çevrildi. Bunun ardınca mənə qarşı “söyüş kampaniyası”na start verildi, ancaq bir arqument belə gətirilmədi. 28 yaşı olan T.Kərimli niyə əsgərlik keçməyib, niyə Londondadır? Bu məntiqi suala aydınlıq gətirmək lazım idi. Ancaq ənənəvi olaraq heç bir arqumenti və fikri olmayanların söyüşü başladı”.

N.Orduxanlı qeyd edib ki, ona qarşı sosial şəbəkədə saxta profillərlə söyüş kampaniyası aparanlara tutarlı cavab verən insanlara bir daha təşəkkür edir:

“Xalq onsuz da kimin kim olduğunu yaxşı bilir. Sadəcə, bu insanlar söyüşlərlə reallıqları ortaya qoyan insanları çəkindirmək, prosesdən uzaqlaşdırmaq istəyirlər. Ancaq ləyaqəti olan heç bir insan bu prosesdən kənara durmamalıdır və durmur da. Çünki əxlaqsızlıqla, dəyərlərimizi tapdamaqla və çirkin söyüşlərlə “mübarizə aparanlar” hədəflərinə çata bilməz, o söyüşlər o sözləri ağzına alan insanlara aiddir. Onlar məntiqi müzakirədə məntiqi cavab əvəzinə söyüş söydükcə özlərini daha artıq ifşa edirlər. Biz də elə şərait yaratmalıyıq ki, onlar özlərini daha da rüsvay etsinlər. Bilirik ki, Azərbaycan xalqı o cür ifadələr işlədən insanlarla bir masa arxasında oturmağı şərəfsizlik hesab edir, ləyaqətsizlik sayır. Ona görə bu söyüşçülər həmişə tək-tük olublar və belələri öləndə də onları basdıran tapılmayacaq”.

Tarix
2019.02.14 / 23:18
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla