Yuxarı

Soçi görüşü: Rusiya İdlibə hücum əmri verəcək? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Suriyada gedən proseslər müəyyən qədər durğunlaşıb.

Bu sözləri Axar.az-a Rusiya, İran və Türkiyə prezidentlərinin Soçi görüşünün yekununu şərh edən analitik Vüqar Zifəroğlu deyib. Analitikin sözlərinə görə, Soçi görüşü Suriyada yaranmış mənzərənin aydınlaşmasına hesablanmışdı:

“Əgər bu gün Suriyanın şimalında Türkiyə faktorundan, mərkəzi əyalətlərin, əsasən də Əsəd qüvvələrinin artıq mövqelərini gücləndirməsindən danışılırsa, demək, Tehran-Moskva-Ankara arasında müəyyən məqamlar razılaşdırılıb. Sadəcə, burada başqa məsələlər var. Bu da ABŞ-ın öz qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmaqla bağlı elan etdiyi planı nə zaman gerçəkləşdirəcəyidir. Çünki Suriyada baş verən proseslərin növbəti mərhələsi məhz bundan asılı olacaq. Bu, üçtərəfli formatda gedən danışıqların başlıca müzakirə mövzusudur”.

Analitik ikinci mühüm məqamın artıq Suriyanın siyasi gələcəyinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:

“Söhbət ümumiyyətlə Suriyada mövcud maraqların uzlaşdırılmasından gedir. Moskva-Tehran və Ankara arasında müəyyən prinsipial məsələlərin razılaşdırılmasına dair fikirlər heç də üçlüyün Suriya ilə bağlı ziddiyyətləri tam aradan qaldırması anlamına gəlmir. Hər halda bölgədə mövcud vəziyyətin ağırlığı, terrora qarşı birgə mübarizə, Suriya iqtidarı ilə müxalifət arasında dialoqun təşkili, Türkiyənin haqlı olaraq təhlükəsizlik bölgəsi yaratmaq istəməsi masaya yatırılan ən önəmli məsələlərdir. Bu istiqamətdə müəyyən razılaşmaların əldə edilməsi ehtimalı böyükdür”.

Politoloq Elxan Şahinoğlu isə Rusiya və İranın İdlib məsələsində Türkiyəni sıxışdırdığını düşünür:

“İdlib Suriyadakı terrorçuların son qalasıdır, ancaq onlar təslim olmaq istəmirlər. Buna baxmayaraq, Putinin Ərdoğanın mövqeyini nəzərə almadan İdlibə hücum əmrini verəcəyini zənn etmirəm. Ancaq bütün hallarda Ərdoğan tələsməli və İdlibə əncam çəkməlidir”.

Qeyd edək ki, 14 fevralda Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit baş tutub.

Tarix
2019.02.16 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla