Yuxarı

Azərbaycanlı-çeçen insidentinə millət vəkilindən - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verənlər narahatedici məsələdir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, çeçen və Azərbaycan xalqı arasındakı münasibətlər tarixin sınağından keçib:

“Çeçen və azərbaycanlı icmaları arasında bu cür hadisələrin təkrarlanmaması üçün danışıqlar aparılmalıdır. Hər hansı bir şəkildə bu iki millətin nümayəndələrinin toqquşması xoşagələn hal deyil. Bu, hər iki xalq üçün də utandırıcı hadisədir. Ona görə də bu məsələ ilə bağlı hər iki toplumun üzvləri, ağsaqqalları bir araya gəlməlidir. Çünki baş vermiş insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr ola bilər. Onların bu istəklərinə çatmasının qarşısı alınmalıdır”.

Millət vəkili qeyd edib ki, çeçenlərlə bizi həm də din amili birləşdirir:

“Dini nöqteyi-nəzərdən də bu məsələləri həll etməyə borcluyuq. Bu cür halların qarşısını dərhal almalıyıq”.

Qeyd edək ki, fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında insident baş verib.

Tarix
2019.02.16 / 14:26
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla