Yuxarı

Azərbaycanlı-çeçen insidentini kimlər qızışdırır? - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada “Neolit” kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz.

Bu sözləri Axar.az-a fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, Azərbaycan və çeçen xalqı arasında tarixin dərinliklərindən gələn və çoxlu sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur:

“Bu münasibətləri heç kəs sarsıda, ona zərbə vura bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də bir daha sübut olundu ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər. Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu, azərbaycanlılar da daim Şimali Qafqazda yaşayan xalqlarla ənənəvi dostluq münasibətlərini inkişaf etdirərək diqqət mərkəzində saxladı. Bunun ən bariz nümunələrindən biri də Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə əməkdaşlıq münasibətlərimizin daha da dərinləşməsidir. Azərbaycan Prezidenti bu münasibətlərə böyük diqqət göstərir. Azərbaycanın Çeçenistan rəhbəri Ramzan Kadırov da daxil olmaqla, qonşu subyektlərin hamısının rəhbərləri ilə xüsusi münasibətləri var. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqlı olaraq bildirdi ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Doğurdan da xırda məişət hadisəsini milli münaqişə kimi təqdim etmək olmaz”.

Millət vəkili məsələnin bir başqa aspektinə də diqqət çəkərək baş vermiş məişət hadisəsinə üçüncü qüvvələrin milli münaqişə rəngi verməkdə maraqlı olduğunu bildirib:

“Məsələnin xoşagəlməz tərəfi də budur. Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş, qardaş qazax xalqının milli hisslərini də təhqir etmişdi. Mümkündür ki, erməni lobbiçiləri həmin hadisəni öz xeyirlərinə kompensasiya etmək üçün bu insidenti şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər. Ona görə də belə məsələlərdə diqqətli olmalı, hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik”.

Tarix
2019.02.16 / 15:38
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla