Yuxarı

Çeçen icmasından müraciət: Onu deyəni də, yayanı da... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:38

Fevralın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Neolit" restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqaldan sonra məsələyə hər iki tərəfin nümayəndələri birgə münasibət bildirib.

Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, Moskvada toplaşan hər iki icma nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər.

Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb.

“Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar. Ola bilər ki, aramızda hansısa anlaşılmazlıq və problem olub. Həmin problemi hansısa kompüter arxasında oturan dələduz götürüb paylaşıb və həmin hadisəni şişirdib. Bununla da həmin şəxslər təxribat yaratmaq istəyirlər.

İstəyirəm bildirim ki, biz dostuq, çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. Heç kim də heç vaxt bu əmələ haqq qazandırmır.

Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənmək istəyirəm. Hansısa çeçeni videoya çəkib yaymaq provokasiya yaratmaqdır.

Biz hər gün görüşürük, çörək yeyirik. Buna hörmət etməliyik. Arada yaranmış şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Şəxsi problemləri aranızda həll edin.

Bütün çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi qınayır”, - deyə həmin şəxs bildirib.

Bununla bərabər, bəzi azərbaycanlılar da öz Feysbuk səhifələrində çeçenlərlə birgə video müraciətlər yayımlayıblar.

Videomüraciətlərdən birini Əbu Bətul Hüseyni adlı azərbaycanlı Feysbuk istifadəçisi öz səhifəsində yerləşdirib. Videoda yer alanlardan ikisinin azərbaycanlı, birinin çeçen olduğu bildirilib.

“Bütün qardaşlara və müsəlmanlara salam olsun. Biz hamımız - çeçenlər də, azərbaycanlılar da və digər millətlər də qardaşıq. Bizim üçün millət fərqi yoxdur, biz hamımız müsəlmanıq. Heç bir şeytana imkan verməyəcəyik ki, aramızda konflikt yaratsın”, - müraciətdə qeyd olunub.

***

Azərbaycanlılarla çeçenlərin bir yerdə verdikləri açıqlamanı Moskvada yaşayan tanınmış jurnalist Fuad Abbasovun təqdimatında təqdim edirik:

Tarix
2019.02.16 / 18:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla