Yuxarı

Qızıllarını Qərbdə saxlayan dövlətlər niyə problem yaşayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində valyuta ehtiyatlarının beynəlxalq fondlarda saxlanılmasının ciddi problemi yoxdur.

Bu sözləri Axar.az-a bəzi dövlətlərin valyuta və qızıl ehtiyatlarını Qərb fondlarında saxlamasının səbəblərinə aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, amma bəzi ölkələrdə siyasi çevrilişlər olandan sonra onun ehtiyatları ilə bağlı problemlər yaşanır:

“Dünyada bir neçə belə örnək olub. Bu problemlər sırf qeyri-demokratik dövlətlərlə bağlı yaşanıb. Məsələn, İran İslam İnqilabından sonra şah rejiminin xarici banklarda olan qızılının qaytarılması ilə bağlı yaşanan problemlərin siyasi səbəbləri var idi. Çünki İranda baş verən inqilabı dünya tanımırdı. Eyni zamanda, İranın Qərblə münasibətləri çox pis idi və diplomatik skandallar yaşanırdı. Ona görə də bu məsələ həllini tapmayıb və bu günə qədər də məhkəmə çəkişmələri davam edir. Ondan əvvəlki tarixə baxdıqda, Çar Rusiyasının qızıl ehtiyatları ilə bağlı problemin yaşandığını da xatırlamaq mümkündür. Yeni dönəmdə Suriya, Liviya dövlətlərinin Qərb fondlarında olan qızıl-valyuta ehtiyatlarının qaytarılması ilə bağlı problemlər yaşanıb. Göründüyü kimi, böyük təlatümlərdən, inqilablardan, çevrilişlərdən sonra belə hadisələr olub”.

N.Cəfərlinin sözlərinə görə, bunun praktikada çox yayıldığını söyləmək doğru deyil:

“Hazırda Venesuelanın qızıl ehtiyatlarının qaytarılması ilə bağlı müəyyən problemlər yaşanır. Bunun da legitim əsası var. Dünyanın bir hissəsi müxalifəti hökumət kimi tanıdığı üçün onun həmin qızıla sərəncam vermək hüququnu da tanımış olub. Ancaq demokratik ölkələr də öz qızıl-valyuta ehtiyatlarını müxtəlif fondlarda saxlayır. Məsələn, bu gün Norveç 1 trilyon dollara yaxın valyuta ehtiyatlarını müxtəlif fondlarda saxlayır, dəyərləndirir. Norveç tək o ehtiyatların idarə olunmasından ildə 60 milyarda yaxın gəlir götürür. Bu idarəolunmanın və müqavilənin şərtlərindən asılıdır”.

Tarix
2019.02.17 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla