Yuxarı

Büdcəyə 1 milyard artıq vəsait köçürülüb - Komitə sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sadəcə malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyarddan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Axar.az xəbər verir ki, bunu bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

Səfər Mehdiyev şəffaflığın təmin edilməsi, sahibkarlara münbit şəraitin yaradılması, maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkil edilməsi istiqamətində görülən işlərdən danışıb və Vergilər Nazrliyi ilə birlikdə həyata keçirilən fəaliyyətdən bəhs edib.

Bildirilib ki, Prezident İlham Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsilə əlaqədar Vergilər Nazirliyi ilə birlikdə uğurlu layihələr həyata keçirilib, vergi uçotunun qurulması, birgə elektron uçot sisteminin təşkili və iki qurumun sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Nəticədə, ticarət dövriyyəsi artıb və "kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub.

Komitə sədri əldə edilən uğurları şəffaflığın təmin edilməsi, Risklərin İdarəedilməsi Mərkəzinin formalaşdırılması, sahibkarlara münbit şəraitin yaradılması ilə əlaqələndirib. Ötən il dekabrın 21-də "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanın isə ölkənin iqtisadi inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində son illər hazırlanan ən mühüm sənəd olduğu vurğulanıb. Səfər Mehdiyev onu da bildirib ki, bu fərman həm də könüllü riayət mədəniyyətinin formalaşmasına şərait yaradacaq ki, bu da şəffaflığın təmin olunmasında mühüm addımlardan hesab olunur.

Artıq 100-dən çox şirkətin "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnu əldə etdiyini bildirən Komitə sədri bu il sistemin ixracda tam, idxalda isə 35-40 faiz tətbiq ediləcəyini bildirib.

Səfər Mehdiyev həmçinin bildirib ki, artıq 9 ölkə üzrə ticarət əməliyyatları ilə bağlı on-layn rejimdə əvvəlcədən məlumat mübadiləsi həyata keçirilir, bu da şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılmasına münbit şərait yaradır.

Fevralın 1-dən qısa idxal bəyannamələrinin tətbiqinin həyata keçirildiyini də diqqətə çatdıran Komitə sədri qeyd edib ki, bu sənəd elektron idarəetmə sistemi vasitəsilə vergi orqanlarına da ötürülür və birgə fəaliyyət nəticəsində haqsız rəqabət aradan qaldırılır, şəffaflığın təmin olunmasına münbit zəmin yaradılır.

Tarix
2019.02.18 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla