Yuxarı

Diqqət: Bu yolda sürət həddi endirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Axar.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir", - M.Ağayev bildirib.

Onun sözlərinə görə, bu gecədən başlayaraq hava şaritinin dəyişməsi ilə əlaqədar BNA tərəfindən də bir sıra tədbirlər həyata keçirilib: "Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. Bildirilib ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda, günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır".

Tarix
2019.02.18 / 21:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla