Yuxarı

Məmmədyarovla Mnatsakanyan niyə görüşmədi? – XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

55-ci Münhen Təhlükəsizlik Konfransında Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşməməsinin səbəblərinə XİN-dən münasibət bildirib.

XİN sözçüsü Leyla Abdullayeva Axar.az-a açıqlamasında Azərbaycanın nəticəyə yönəlik danışıqlara hər zaman hazır olduğunu vurğulayıb.

“Tərəfimizdən hər zaman və hər yerdə bəyan edilir ki, Azərbaycan nəticəyə yönəlik - ərazilərimizin işğaldan azad olunması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması ilə bağlı bütün danışıqlara hazırdır. 55-ci Mühnen Təhlükəsizlik konfransı çərçivəsində belə bir görüş imkanı olsaydı, tərəfimizdən mütləq dəyərləndirilərdi”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransından əvvəl Z.Mnatsakanyan, daha sonra isə E.Məmmədyarov görüşəcəklərini istisna etməmişdilər. 15 fevralda isə E.Məmmədyarov Rusiya mediasına açıqlamasında erməni həmkarı ilə ayaqüstü də olsa, mütləq görüşəcəyini bildirmişdi.

Mnatsakanyan isə Münhendə Qarabağ problemini Rusiya XİN rəhbəri Sergey Lavrovla müzakirə etdi. Mnatsakanyan-Lavrov görüşündən sonra Mnatsakanyanla Məmmədyarov arasında görüşün baş tutmaması diqqət çəkdi.

Tarix
2019.02.18 / 21:50
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla