Yuxarı

Tumanyan İranı aldadır, yoxsa ələ salır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə də erməni bicliyi, hiyləgərliyi özünü büruzə verir.

Bu sözləri Axar.az-a Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanın açıqlamasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar tövsiyə xarakteri daşıyır:

“Əgər səfir İran-Ermənistan münasibətlərinin yaxşılaşmasına ABŞ-ın mane olduğunu deyirsə, bu riyakarlıqdır. Çünki əgər Ermənistanın dövlət maraqlarına uyğun gəlirsə, İranla münasibətləri inkişaf etdirmək yolunu seçməlidir. İndiyə qədər Ermənistanın ona qarşı haqlı olaraq tətbiq edilən blokadadan özünü qorumasına İran yardım edib. Ermənistan üçün blokadadan nəfəsliyin açılmasına İran şərait yaradıb. Bundan sonra Ermənistan İranla münasibətlərə yeni çalarlar daxil etmək fikrindədirsə, indidən atacaqları addımlar ətrafında diqqəti yayındırmaq siyasətinə əl atmamalıdır. Tumanyanın bu açıqlamaları Ermənistanın İranla bağlı siyasətində çaşqınlıq yaratmağa hesablanıb. Əgər ABŞ Ermənistana mane olsaydı, Paşinyanın İrana səfərinin də qarşısı alınardı. Paşinyan İrana səfər edə bilirsə, burada bir sıra müqavilələr imzalamağı nəzərdə tutursa, deməli, ABŞ onların İranla bağlı siyasətinə mane olmur. Sadəcə, səfir ictimai rəyi çaşdırmağa çalışır”.

Politoloq qeyd edib ki, Paşinyan tez-tez Ermənistanı qazın tranzit edildiyi bir ölkəyə çevirmək istədiyini bildirir:

“Sözsüz ki, bu barədə uzun illərdir danışıqlar, mübahisələr aparılır. İran öz qazını Ermənistan ərazisi ilə Avropa bazarlarına çıxarmağa çalışır. Amma bu ideyanı reallaşdırmaq çox çətindir. Ermənistanın coğrafi şəraiti, maliyyə vəziyyəti belə bir layihəni gerçəkləşdirməyə imkan vermir”.

Qeyd edək ki, Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan “Mehr nyus” agentliyinə müsahibəsində ABŞ-ın İrana qarşı sanksiyalarının Tehran-İrəvan əlaqələrinə təsir göstərdiyini iddia edib.

Tarix
2019.02.19 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla