Yuxarı

Bu qüvvələrin əl-qol açmasına imkan verilməyəcək – Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məqaləsi Azərbaycan ictimaiyyətində böyük maraq doğurub.

Bu sözləri Axar.az-a Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsi haqqında danışan millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, məqalədə Azərbaycan dövlətçiliyinin inkişafına və bu prosesdə müxalifətin rolu məsələlərinə toxunulur, ümumən Azərbaycan dövlətində demokratik prinsiplərin qorunmasına dair çoxlu faktlar ortaya qoyulur:

“Bununla belə məqalədə müxalifətin müəyyən hissəsinin Azərbaycan milli maraqlarına zidd hərəkət etdiyi, onlar üçün əsas məsələnin problemlərimizin həlli deyil, xaricdə müəyyən antiazərbaycan dairələrinin tapşırıqlarının yerinə yetirilməsi olduğu vurğulanır. Bu siyasi qrupun əsas məqsədi Azərbaycan dövlətçiliyinin zəiflədilməsidir. Hər bir məsələdə qarayaxma kampaniyasının keçirilməsi və xarici dairələrin maraqlarının qorunması yönündə canfəşanlıq edilməsi, insanlara yalan məlumatların verilməsi həmin qüvvələrin fəaliyyətinin əsas qayəsini təşkil edir. Cənab Əli Həsənov bu siyasətin yolverilməz olduğunu, müstəqilliyimizə və ölkənin maraqlarına zərbə vurduğunu xüsusilə qeyd edilir”.

Deputat məqalədə sərgilənən yanaşmanın olduqca düzgün və yerində olduğunu bildirib. O qeyd edib ki, məqalədə Azərbaycan ictimaiyyətinin diqqəti çox vacib bir məsələyə yönəldilir:

“Fikir verin, qəribə bir təzad yaranır. Müxalifətin bir hissəsi hesab edir ki, iqtidarı tənqid və təhqir edə, heç bir məsuliyyət daşımadan əsassız fikirlər söyləyə bilərlər. Hətta onlara görə iqtidar kənara çəkilməli, siyasi meydan yalnız müxalifətə verilməlidir. Əlbəttə ki, belə olduqda iqtidar tərəfdarı olan milyonlarla Azərbaycan vətəndaşının hüquqları pozulmuş olur. O üzdən də məqalədə müxalifətçilik missiyasının nədən ibarət olduğu və müxalifət dairələrinin bunu yerinə yetirməyə heç də maraq göstərmədiyi bir daha açıq vurğulanır. Məqalə vaxtında yazılıb və özündə çox dəqiq məqamaları ehtiva edib. Çünki Azərbaycan ictimaiyyəti heç bir halda xarici tapşırıqları yerinə yetirən qüvvələrin əl-qol açmasına razı olmayacaq”.

Tarix
2019.02.20 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla