Yuxarı

Münhendə nazirlərin görüşməmə səbəbi: nəticə nə ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münaqişənin həll edilməsi, bunun üçün aparılan danışıqlar prosesi təkcə Ermənistan və Azərbaycandan asılı deyil.

Bu sözləri Axar.az-a 55-ci Münhen Təhlükəsizlik Konfransında Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşməməsinin səbəblərinə münasibət bildirən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, bu görüşün baş tutacağı ilə bağlı əvvəlcədən anons verilməmişdi:

“Sadəcə bildirilirdi ki, iki tərəf arasında görüş mümkün ola bilər. Çünki hər iki ölkənin XİN rəhbərləri Münhendə keçirilən konfransda iştirak edirdi. Amma bu görüşün olması və bunun ictimaiyyətə açıqlanması indiki Ermənistan hakimiyyəti tərəfindən istənilməyən məsələ idi. Çünki son zamanlar iki tərəf arasında olan görüşlərə Ermənistan müxalifəti çox ciddi reaksiya vermişdi. Erməni müxalifəti bilərəkdən Paşinyan hakimiyyətinə qarşı bu amildən istifadə edir. Bu cür bəhanə edilən çıxışlar münaqişənin həllinə mənfi təsir göstərir. Qarşıdakı aylar ərzində tərəflər arasında görüşün olacağını istisna etmirəm”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan tərəfi görüşdə effektivliyin, nəticənin olmasına üstünlük verir:

“Erməni tərəfi görüşə gələrkən görüşün, danışıqların uzadılmasını yox, görüşün nəticə verməsini qarşısına şərt kimi qoymalıdır. Münaqişənin həll edilməsi eyni zamanda beynəlxalq güclərdən - ilk növbədə Rusiya və ABŞ-dan asılıdır. Ona görə də münaqişənin həlli üçün bu ölkələrin ortaq məxrəcə gəlməsi, eyni zamanda bu ölkələr ilə hər iki münaqişə tərəfinin fikirlərinin üst-üstə düşməsi vacib məqamlardan biridir. Ermənistan tərəfi münaqişədə illərdir ki, qeyri-konstruktivlik göstərir. 2019-cu ildən Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı verdiyi bəyanatlar da onu göstərir ki, münaqişəni həll etməyin artıq vaxtı çatıb. Lakin son zamanlar müəyyən xarici təzyiqlər nəticəsində Ermənistan tərəfinin münaqişənin nizamlanması ilə bağlı geriyə atdığı addımlar çox təəssüf doğurur. Bu isə münaqişənin digər mərhələyə keçmə şansını daha da artırır. Təbii ki, burada söhbət münaqişənin güc yolu ilə həllindən gedir”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransından əvvəl Z.Mnatsakanyan, daha sonra isə E.Məmmədyarov görüşəcəklərini istisna etməmişdilər. 15 fevralda isə E.Məmmədyarov Rusiya mediasına açıqlamasında erməni həmkarı ilə ayaqüstü də olsa, mütləq görüşəcəyini bildirmişdi.

Mnatsakanyan isə Münhendə Qarabağ problemini Rusiya XİN rəhbəri Sergey Lavrovla müzakirə etdi. Mnatsakanyan-Lavrov görüşündən sonra Mnatsakanyanla Məmmədyarov arasında görüşün baş tutmaması diqqət çəkdi.

Tarix
2019.02.20 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla