Yuxarı

Meriyaya aksiyalarla bağlı müraciət daxil olmayıb – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meriyaya aksiyalarla bağlı müraciət daxil olmayıb – Rəsmi

Benzin və digər yanacaq növlərinin qiymətinin artmasına görə paytaxtda 3 aksiya təyin edilib. Bu aksiyalardan birinin təşkilatçısı Milli Şuradır.

Qurumun mitinq komitəsinin üzvü Seymur Həziyevin "Axar.az"a verdiyi məlumata görə, 15 dekabrda keçirilməsi planlaşdırılan aksiya ilə bağlı şəhər meriyasına müraciət olunacaq.

Digər 2 aksiyanın isə təşkilatçıları barədə məlumat yoxdur və etiraz mitinqi barədə "fesybuk" sosial şəbəkəsində məlumat yayılıb.

Aksiyalarla bağlı BŞİH-dən münasibət öyrəndik.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlı BŞİH adından bunları dedi:

"Milli Şura və digər birliklərdən mitinqlə bağlı BŞIH-ə heç bir müraciət daxil olmayıb və belə olan halda bizim mitinqlə bağlı mövqe ifadə etməyimiz mümkün deyil. Ancaq mən demirəm ki, hansısa müraciət olsaydı, əvvəlki mitinqlərdə olduğu kimi, bu dəfə də cavablandırardıq".

Tarix
2013.12.06 / 19:35
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla