Yuxarı

Azərbaycan ABŞ-dan "döyüşən şahin" alır - Felgenhauer

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Rusiyadan başqa heç bir ölkə isə Ermənistana kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən F-16-ları ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-n razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı hərbi politoloq Pavel Felgenhauer deyib.

Politoloq bildirib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər:

“Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar. Yeni istehsal edilənlər yalnız Çinə satılıb, lakin Azərbaycana da satılması mümkündür. Azərbaycan həmçinin, Rusiya mühərriki ilə təchiz olunmuş Pakistan və Çinin birgə istehsal etdiyi təyyarəni də ala bilər. Lakin hazırda ən real variant Türkiyədən almaqdır”.

Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə isə F-16 qırıcılarının Azərbaycana satılması nəzəri baxımdan mümkündür:

“Düşünmürəm ki, ABŞ Azərbaycana bu təyyarələri satsın və hətta Azərbaycan bu təyyarələrdən almaq istəsin. Amma Azərbaycan Amerika istehsalı olan 4 hərbi helikopter alıb. Həmin helikopterlər də ötən ilk keçirilən hərbi paradlarda nümayiş olunub. Baxmayaraq ki, münaqişə vəziyyətində olan tərəflərə silah satışı ilə bağlı embarqo var, amma Azərbaycan bu helikopterləri əldə edib. Mütləq deyil ki, həmin döyüş vasitələri Amerikanın özündən alınsın. F-16 təyyarələri müasir olduğu qədər də bahalıdır. Azərbaycan F-16-sız da rahat şəkildə öz hərbi tələbatını qarşılaya bilər. Bu o demək deyil ki, Azərbaycanın yeni silahlara ehtiyacı yoxdur. Ehtiyac həmişə var. Lakin indiki məqamda bizim təcili bir işimiz yoxdur ki, mütləq şəkildə F-16 qırıcısı alaq. Hər halda, bu günə qədər Azərbaycanda Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Qoşunlarının silah-sursatı ölkənin öz hava məkanını tam şəkildə qorunmasına imkan verir”.

Hərbi ekspert F-16 təyyarələrinin digər qırıcılardan üstünlüklərini də izah edib:

“F-16-ların digər modellərə nisbətən manevr imkanları daha çoxdur. Bu təyyarə ilə hədəfi müəyyən edib sıradan çıxarma göstəriciləri, malik olduğu avadanlıq bu tip təyyarələrinkindən xeyli fərqlənir. Pilotlar bu tip təyyarələrdə döyüş tapşırığını yerinə yetirəndən sonra hədəfdən yayınmaq, müxtəlif manevrləri yerinə yetirmək üçün çoxlu imkanlara sahib olurlar. Ona görə də bir çox ölkə bu təyyarələrə sahib olmaqda istəklidir”.

Üzeyir Cəfərli rusiyalı politoloqun Azərbaycanın Rusiyadan SU-30 qırıcılarını almaq iddialarını da cavablandırıb:

“Ermənistan artıq həmin təyyarədən 4 ədəd alıb. Ondan 2-ni də almaq istiqamətində aparılan müzakirələr isə yekunlaşıb. Rusiya, sözsüz ki, kompleks şəkildə işləyir. Həm təbliğat, həm də təşviqat istiqamətində çalışır. Yəni Ermənistan alıb və məqamdır ki, Azərbaycan da alsın. Amma bu gün Hərbi Hava Qüvvələrinin bazasında olan döyüş maşınları kifayət qədər ciddi potensiala malikdir. Bizim Hərbi Hava Qüvvələri və Hərbi Hava Hücumundan Müdafiə Sistemimiz Ermənistandan qat-qat üstündür. Bu, keçmiş SSRİ dövründə də elə idi, indi də belədir. Çünki Azərbaycan strateji nöqtədə yerləşir. Burada mühüm hərbi qərargahlar yerləşirdi. Müstəqillik dövründə də Azərbaycan bu ənənəni davam etdirir. Ermənistan da Azərbaycanın hərbi gücündən xəbərdardır. Rusiya isə bu məqamda Azərbaycanı seçim qarşısında qoymağa çalışır. Lakin biz gizlətmirik Azərbaycanda 2019-cu ildə İtaliya istehsalı olan döyüş-təlim təyyarələri və Pakistan istehsalı olan təyyarələrinin havaya qalxması gözlənilir. Bu məsələ ilə bağlı bütün problemlər öz həllini tapıb”.

F-16 – Döyüşən şahin

İstehsalına 1974-cü ildən başlanılıb. Amerika Birləşmiş Ştatlarının "General Dynamics" şirkəti tərəfindən dizayn və istehsal edilən bu qırıcılar ABŞ və müttəfiq ölkələrin silahlanmasında istifadə olunan, çoxməqsədli, dördüncü nəsil hərbi təyyarədir. II Dünya Müharibəsindən yekunlaşandan bəri Sovet istehsalı MiQ-21 və ABŞ istehsalı F-4 qırıcı təyyarələrindən sonra ən çox istehsal olunan 3-cü qırıcı təyyarə hesab olunur. Bu qırıcıdan 2016-cı ilin iyul ayına qədər 4.573 ədəd istehsal olunmuşdur. F-16 B-61 nüvə bombası da daşıya bilir.

“F-16 Fighting Falcon” xarici bazarlarda 75-80 milyona təklif edilir. Lakin bura təyyarələr üçün ehtiyat hissələri və silah sistemləri daxil deyil. Tam təchizatda bu təyyarələrin qiyməti 120 milyon dollara qədər qalxır. Hazırda kompleks satış qiyməti 34 milyon dollardır.

İstifadəçiləri

ABŞ-dan sonra ən çox F-16 hərbi təyyarələrindən istifadə edən ölkələr İsrail və Türkiyədir. 270-dən artıq F-16 hərbi təyyarəsi Türkiyə Respublikasında istismardadır. İndiyə kimi 4400-dən çox F-16 ABŞ və 25 ayrı ölkəyə satılıb.

Bundan başqa, Bəhreyn, Belçika, Çili, Danimarka, Misir, Yunanıstan, İordaniya, İndoneziya, İsrail, İtaliya, Mərakeş, Niderland, Norveç, Oman, Pakistan, Polşa, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Çin Respublikası, Tailand, BƏƏ, Venesuela da F-16-ya malikdir.

Tarix
2019.02.20 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla