Yuxarı

Moskvanın Qarabağ açıqlaması: yenə Paşinyana “vaxt verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya keçmiş “təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil.

Axar.az xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçakın fevralın 19-da Moskvada rusiyalı həmkarı ilə görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Slovakiyalı nazir bütün imkanlardan istifadə edərək Qarabağ məsələsinin həllinə müsbət impulslar verməyə çalışacaqlarını bildirib. ATƏT-in hazırkı sədri çox ehtiyatlı ifadə işlədib. Bu anlaşılandır. Çünki ATƏT 25 ildən çoxdur Qarabağ məsələsinin həlli ilə məşğul olur, ancaq heç bir irəriləyiş yoxdur. Slovakiyadan əvvəl ATƏT-ə müxtəlif ölkələr, o cümlədən İtaliya, Qazaxıstan və Almaniya sədrlik ediblər. Bu dövlətlərin xarici işlər nazirləri də problemin həllinə çalışacaqlarını bildirsələr də, nəticə yoxdur. Almaniyanın keçmiş xarici işlər naziri 2016-cı ildə bir neçə bəndlik həll planı hazırladığını açıqlamışdı. Ancaq nə o plan açıqlandı, nə də həll yolu tapıldı. Ona görə də Slovakiya keçmiş “təcrübədən” çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ümidli deyil”, - o bildirib.

Politoloq konfransda Lavrovun tərəflər arasında yeni görüşlərin hazırlanmasına dair fikirlərinə də diqqət çəkib:

“Görünür, həmsədrlər Azərbaycan və Ermənistan rəsmiləri arasında yeni görüş hazırlayırlar. Yəqin ilkin olaraq Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini görüşdürməyi planlaşdırırlar. Bundan sonra isə Azərbaycan və Ermənistanın rəhbərlərinin görüşü hazırlanacaq. Bunun anonsu Münhen konfransında verilsə də, nəticə olmadı. Bunun da səbəbi danışıqlarda predmetli müzakirənin getməməsi ilə bağlıdır. Görüşlərdə söylənilən təkrar fikirlərin xeyri yoxdur. Bundan başqa, Paşinyan rəsmi Bakıya Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmağı məsləhət görür. Rəsmi Bakı bunu qəbul etməyəcək. Məhz bu, nazirlərin Münhen görüşünə mane oldu”.

Siyasi şərhçi Lavrovun “tərəflər birbaşa dialoq apararaq münaqişənin həllinə özləri qərar verməlidirlər” fikirlərinə də münasibət bildirib:

“Bu ondan xəbər verir ki, Moskva münaqişənin həlli məqsədilə Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Lavrov son zamanlar onu da bildirir ki, Ermənistanda yeni hakimiyyət formalaşıb və danışıqlar prosesini dərinləşdirmək üçün İrəvana vaxt lazımdır. Başqa sözlə, Moskva Paşinyana loyal münasibətini ortaya qoyur”.

Tarix
2019.02.20 / 13:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla