Yuxarı

AXCP öz üzvünü cəzalandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AXCP öz üzvünü cəzalandırdı

AXCP İmişli rayon şöbəsi üzvü Vüqar Qədirovla "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında yaranan münaqişəni müzakirə edib.

Müzakirədə vurğulanıb ki,Vüqar Qədirovun sosial şəbəkədə Rauf Arifoğlu ilə yazışmasında etik sərhədlər aşılıb, bu isə cəbhəçi üçün yolverilməz haldı. Bildirilib ki, hər bir cəbhəçi üçün virtual aləm və real fəaliyyətləri arasında parallelik olmalıdır, mübarizə meydanında göstərilən ləyaqətli, cəsarətli və etikalı mövqe vurtual aləmdə də göstərilməlidir, müzakirələr zamanı yaraşmayan ifadələr işlədilməməlidir. İclasda o da nəzərə alınıb ki, Vüqar Qədirov artıq səhvini başa düşüb və yazdığı qeyri-etik ifadələri silib. Rayon şöbəsində Vüqar Qədirova işlətdiyi nəlayiq ifadələrə görə töhmət elan olunub.

Bu bardədə İmişli şöbəsinin sədi Əli Qasımlı məlumat yayıb.

"İmişli rayon şöbəsi ümid edir ki, Qarabağ müharibəsinin qazisi (o, 2-ci qrup müharibə əlilidir), rejimlə qətiyyətli mübarizəsinə görə dəfələrlə həbs olunmuş Vüqar Qədirov bu partiya cəzasından düzgün nəticə çıxaracaq. Rayon şöbəsi həmçinin bəyan edir ki, bütün bunlardan sonra yaranmış münaqişəyə DİN-nin qanunsuz müdaxiləsi davam edəcəyi, Vüqar Qədirova qarşı repressiv addımlar atılacağı təqdirdə o, müdafiə olunacaq", - deyə məlumatda bildirilir. ("azadliq.info")

Tarix
2013.12.06 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla