Yuxarı

Xaricdən pul alan bu qüvvələr... – Deputatdan xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizi istəməyən dairələrin təhrik və dəstəyi ilə istər xaricdə, istərsə də daxildəki radikal qüvvələr Azərbaycanda vətəndaş həmrəyliyini pozmağa çalışırlar.

Bu sözləri Axar.az-a Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsi ilə bağlı danışan millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, Azərbaycan əhalisinin sosial rifahının gücləndirilməsi daim dövlət başçısının diqqət mərkəzindədir:

“Məhz bu siyasət nəticəsində müavinət alan şəhid ailələrinin sayı 12 750 nəfəri ötüb. Bu dövr ərzində maaşlar 7, pensiyalar 9 dəfə yüksəlib. Bundan başqa, ölkədə özünüməşğulluq proqramı fəaliyyətə başlayıb və 30 min yeni ictimai iş yerinin açılması üçün büdcədən xüsusi vəsait ayrılıb. Artıq 2020-ci ildən icbari tibbi sığorta çərçivəsində bütün Azərbaycan vətəndaşlarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək. Bütün bunlar dövlətin əhalinin sosial qayğısına bir töhfəsidir. Təəssüf ki, Azərbaycanın getdikcə daha güclü sosial dövlətə çevrilməsi xaricdən maliyyələşən və Azərbaycanı istəməyən qüvvələri narahat edir. Bu üzdən də fəallaşan radikal qüvvələr ölkədə yürüdülən sosial siyasətə kölgə salmağa çalışırlar”.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətçiliyinə qarşı yönəlik çağırışlar və söyüş müxalifəti xalqın marağında deyil:

“Azərbaycanda daha 90-ci illərin ab-havası yoxdur, zor gücü ilə hakimiyyətə gəlmək və mövcud dövlət quruluşunu dəyişməyə yönəlik cəhdlər yolverilməzdir. Radikal qrupların fəaliyyəti heç bir fayda verməyəcək və Azərbaycan xalqı öz sözünü deyəcək. Ona görə də bu qüvvələr radikallıqdan əl çəkib Azərbaycan qanunlarının verdiyi imkanlar çərçivəsində fəaliyyət göstərməli, siyasi ambisiyaları olanlar isə öz sözlərini seçkilərdə deməyi bacarmalıdırlar. Əks təqdirdə ölkədə asayişi pozmağa yönəlik addımların qarşısı qanuni yolla alınacaq və buna hüquqi səviyyədə qiymət veriləcək”.

Tarix
2019.02.20 / 17:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla