Yuxarı

Erməni zabitlər Paşinyanı təhdid etdi: Taleyin əlimizdədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun bir qrup zabiti məvaciblərinin az olması səbəbindən Baş nazir Nikol Paşinyana şikayət məktubu yazıb.

Axar.az xəbər verir ki, erməni zabitlər məktubda Paşinyanı təhdid ediblər.

Bildirilir ki, son zamanlar bəzi yüksək vəzifəli məmurların pul mükafatları ilə təltif olunmaları orduda xidmət edən hərbi qulluqçular arasında böyük rezonans yaradıb və tənqid olunub:

“Bu gün vətəni öz qanı hesabına müdafiə edən və çətin şəraitdə hərbi hissələrdə xidmət edən zabitlər vəzifə borclarını yerinə yetirməklə yanaşı, aldıqları çox az məvaciblə ailələrini saxlamaq və kreditlərini ödəmək barədə düşünürlər”.

Hərbçilər regionlardakı mağazalarda ərzağın qiymətinin süni şəkildə qaldırılmasının maddi vəziyyətlərini daha da çətinləşdirdiyini bildiriblər.

Zabitlər xidmət etdikləri yerdən kənara çıxa bilmədikləri üçün sözügedən mağazalardan ərzaq almaq məcburiyyətində qalırlar.

“Millət vəkilləri, nazir və onların müavinləri erməni zabit və əsgərlərinin hesabına rahat işləyir, gecələri rahat yatırlar. Belə olan halda nə üçün onlar daha çox məvacib və mükafat almaq imkanına malikdirlər, hərbi qulluqçular isə əziyyət çəkirlər”, - məktubda qeyd olunub.

Zabitlər məktubun sonunda hərbi qulluqçuların maaşlarının məbləğinin bir daha nəzərdən keçirilməsini tələb edərək, erməni xalqının bu gününün və gələcəyinin Ermənistan ordusundan asılı olduğunu vurğulayıblar.

Tarix
2019.02.20 / 17:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla