Yuxarı

DGK-da “Yaşıl dəhliz” buraxılış sistemi... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də Dövlət Gömrük Komitəsində (DGK) gömrük orqanlarında həyata keçirilən ən son yeniliklər və islahatlarla bağlı aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüş keçirilib.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli fərmanlarının icrasından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın hazırladığı “İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, fevralın 1-dən etibarən tətbiqinə başlanan sistemdən artıq 100-dən çox biznes subyektinə istifadə hüququ verilib və uğurlu nəticələr əldə edilib. Bu yenilik sahibkar-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın tam təmin olunmasına, ölkənin ixrac potensialının artmasına, münbit biznes mühitinin yaradılmasına, könüllü riayət prinsipinin formalaşmasına şərait yaradır.

İ.Hüseynov onu da qeyd edib ki, tədbir aidiyyəti dövlət qurumları arasında səmərəli koordinasiya və məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir və ölkəmizin beynəlxalq reytinq göstəricilərinin artırılması istiqamətində görülən işlərin və gələcəkdə reallaşdırılacaq vəzifələrin müzakirəsi üçün münbit zəmin formalaşdırır.

Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan komissiya çərçivəsində Xarici Ticarət üzrə İşçi Qrupu yaradıldığını, aidiyyəti dövlət qurumlarının təmsil olunduğu işçi qrup tərəfindən bu ilin yanvarında tədbirlər planının hazırlanaraq təsdiq edildiyini bildirib. Qeyd edib ki, planda nəzərdə tutulan tədbirlərin məqsədi xarici ticarətin daha asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsini təmin etmək, biznes mühitinin yaxşılaşdırılmasına, ölkənin ixrac və tranzit potensialının artırılmasına münbit şərait yaratmaqdır.

C.Qasımov xarici ticarətin həyata keçirilməsində gömrük orqanları ilə yanaşı, bir sıra dövlət qurumlarının da iştirak etdiyini bildirib və diqqətə çatdırıb ki, qurumlar arasında koordinasiyanın düzgün təşkili, informasiya mübadiləsinin artırılması, tətbiq edilən yeniliklər barədə məlumatların paylaşılması ümumi işə fayda baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, malların rəsmiləşdirilməsi, gömrük nəzarəti ilə bağlı təqdimatlarla çıxış edib. Vurğulanıb ki, qarşılıqlı etimad və könüllü riayət prinsiplərinə əsasən artıq gömrük nəzarəti tədbirlərinin bir hissəsi xarici ticarət iştirakçılarının öhdəsinə verilib. Belə ki, ixracda nəqliyyat vasitələrinə gömrük təminatı plombları sahibkarlar tərəfindən vurularaq sərhəddəki çıxış sərhəd gömrük orqanına yola salınır, idxalda isə sərhəddən keçən nəqliyyat vasitələri birbaşa sahibkarların anbarlarına göndərilərək mallara dair gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanının icazəsi ilə plomblar özləri tərəfindən açılır.

Görüşdə komitənin aidiyyəti qurumlarının rəhbərləri və nümayəndələri, Vergilər və İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri iştirak edib. Sonda mövzuya aid videoçarxlar da nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Tarix
2019.02.20 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla