Yuxarı

Azərbaycandan səbirsizliklə gözləyirik ki... - Avrokomissar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger fevralın 20-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısındakı çıxışında deyib.

2019-cu ilin Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacağını deyən G.Ottinger bildirib: “Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, - ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək”.

“Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir”, - deyə G.Ottinger əlavə edib.

Tarix
2019.02.20 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla