Yuxarı

Agentlik sədri Balakən sakinini canlı yayımda işə dəvət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ASAN xidmət”in bu il açılacaq yeni mərkəzlərində çalışmaq istəyən həmin bölgələrin sakinləri indidən sənədlərini hazırlamalıdırlar.

Report xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.

Onun sözlərinə görə, söhbət “ASAN xidmət”in açılacağı bölgələrdə yaşayan gənclərin işə qəbul olunmasından gedir: “Çünki bu həm də yeni iş yerinin açılması deməkdir. Ona görə də gənclərdən işə qəbulla bağlı sənədlərini indidən hazırlamalarını xahiş edirəm. Biz və Dövlət İmtahan Mərkəzi (DİM) işə qəbulla bağlı elanı ictimaiyyətə təqdim edəcəyik”.

Ü.Mehdiyev həmçinin canlı yayımda “ASAN xidmət”in Balakən rayonunda açılacaq mərkəzində işləmək üçün müraciət edən yerli sakin Qabil Mustafayevi məmnuniyyətlə işə dəvət etdiyini və vakansiya elan olunan kimi sənədlərini təqdim etməyi istəyib.

Qeyd edək ki, bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq.

Tarix
2019.02.20 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla